Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov vəzifəsindən azad edilib. Naxcivantv.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Asəf Səttar oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilsin”.
Qeyd edək ki, Asəf Məmmədov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova yaxın kadrlardan sayılıb. Onların vaxtilə ali məktəbdə bir qrupda oxuduqları, gəncluk illərindən dostluq etdikləri bildirilir. Bu baxımdan Asəf Məmmədovun vəzifəsindən azad edilməsi maraqla qarşılanıb.
Vasif Talıbovun belə bir qərar verməsinin səbəbi açıqlanmayıb. Bəzi mənbələrə görə, Asəf Məmmədovun daha yüksək vəzifəyə təyin olunacağı da istisna edilmir.
Paylaş: