“Ailəmlə birlikdə 2014-cü ildən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, Toğrul Əmirov küçəsi, döngə 6-da yaşayırıq. Bu müddət ərzində qonşularımızla birlikdə yaşadığımız əraziyə telefon xətti çəkilməsi ilə əlaqədar dəfələrlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktubla müraciət etmişik. Lakin bu müraciətlərin heç bir nəticəsi olmayıb”.
Ovqat.com xəbər verir ki, Binə sakini Ağayev Hüseyn Malik oğlunun Respublika Prezidentinə ünvanladığı məktubda belə deyilir. Surəti redaksiyamıza göndərilən məktub ölkə rəhbərinə inamla tamamlanır:
“İndi məcbur qalıb sizə müraciət edirik.
Hörmətli Prezident!
Cənab İlham Əliyev!
Biz sizə inanırıq. İnanırıq ki, sizə müraciətimiz cavabsız qalmayacaq”.
Paylaş: