Xəbər lenti

 

Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Mammad Amin Resulzadeh” adlı gəmi ətrafında qalmaqal davam edir. Yada salaq ki, gəmi avqustun 13-də Liberiya bayrağı altında üzən “Doric Warrior” gəmisi ilə toqquşub. Bundan sonra qalmaqallar daha da genişlənib. Mənsimova qarşı xeyli ittihamlar səsləndirilir. İddialar var ki, onun Rəsulzadənin adına inşa etdirdiyi gəmi, əslində ləğv edilmiş MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun atasının adına hazırlanan gəmidir. Sonradan həmin gəminin adı dəyişdirilib, Rəsulzadə gəmisi kimi açılışı edilib.

Sosial şəbəkələrdə Mənsimova qarşı çıxanlarla yanaşı, ona dəstəyini ifadə edənlər də var.

Mənsimova qarşı müxtəlif ittihamlar yazan jurnalist Eynulla Fətullayev bu olayla bağlı aşağıdakıları bildirib:

“Deməli, Mübariz Mənsimov artıq şoumenliyə başlayıb. Az qalıb... Bir az səbir edin, səsi çox bərk çıxacaq. Bütün kapitalını və perspektivini itirmiş, Rusiyadan, Azərbaycandan, ABŞ-dan rüsvayçılıqla qovulmuş bu defolta uğramış yaramaz fırıldaqçı indi görün hansı libaslara bürünür. Komediant!... Üç cümləni hansısa bir dildə ifadə edə bilməyən gerizəkalı abdal, milli müqəddəs amallarımızı belə ləkələyir. Bizim bu Məşədi İbad görün özünü hansı sıraya qoyub, kiminlə müqayisə etdirir. Və 100 dollarlıq əlaltıları bu fotonu bütün internetdə yayır. Ayıb olsun! Ayıb? Məşədi ayıb bilir nədir?

Eynulla FÉtullayev ile ilgili görsel sonucu

Bu Məşədi Mübarizdən elə bir fakt açıqlayacam ki, onun bir yolu qalacaq - ya bir gülləni özünə, ya da ki... vuracaq. Amma hələlik bu ucuz şoumenin yeni sənət əsərini sizlərə təqdim edirəm". Fətullayev bu qeydlərin ardından üzərində “İki Mübariz! Biri milləti uğrunda şəhid olar, biri isə millətini sevərək həyatını sürən Mübariz” yazısı olan Mübariz İbrahimovla Mübariz Mənsimovun kollaj edilmiş fotosunu paylaşıb.

Gəmi ilə bağlı səslənən iddialara münasibət almaq üçün “Palmali” Şirkətlər Qrupu ilə əlaqə saxladıq. Şirkətin mətbuat xidmətindən bildirildi ki, Eldar Mahmudovun atasının adına olan gəmi ilə Məhəmməd Əmin Rəsulzadə gəmisi tamamilə fərqli gəmilərdir. Şirkətdən buna dair foto da göndərildi.

palmali RÉsulzadÉ âDoric Warriorâ ile ilgili görsel sonucu

Son günlərin ittihamlarına isə Mənsimovun özü sosial şəbəkədə status yazaraq sərt şəkildə münasibət bildirib. Mənsimov konkret ad çəkməsə də, kimlərsə haqqında içərisində təhqir də olduğu cümlələr yazıb. O qeyd edib ki, “MAMMAD AMİN RESULZADEH” gəmisini vuran “Doric Warrior” gəmisi barəsində İstanbul prokurorluğunda cinayət işi açılıb, istintaq gedir:

“Gəmi barəsində isə həbs-qətimkan tədbiri seçilib. Əminəm ki, dünənki hadisədən sevinən bəzi adamların nurdan məhrum üzləri daha da qaralacaq. Şadlıqlarından çürük və dayaz fantaziyalarını işə salıb gah yazıblar ki, gəmi yüklüdür, gah da yazıblar ki, gəmi köhnədir. Gülürəm bu yazdıqlarınıza, bunların toqquşma ilə nə əlaqəsi var? ”Gəmi köhnədir" yazırsız... Mən yoruldum deməkdən ki, gəmi tanker idi və bütün yeni və müasir standartlarla quru yük gəmisinə konversiya edilib. Yəni “MAMMAD AMİN RESULZADEH” gəmisi o qədər yenidir ki, hətta bəzilərindən daha uzun ömür sürəcək. “MAMMAD AMİN RESULZADEH” adı nədən sizə belə ağır gəldi? Siz özünüzdən soruşun ki, bu ad üçün siz nə etmisiz?! Bu gəmi ilə bağlı çox böyük bir şirkətlə müqavilə bağlanmışdı və buna əsasən gəmimiz ilk yükünü daşımaq üçün səfərə hazırlaşırdı. Arzunuzu ürəyinizdə qoyacam, çünki 3-4 günə gəmi yenidən hazır olacaq. Haşiyəyə çıxıb bir mühüm məsələni də vurğulamaq istəyirəm. Məndən tez-tez soruşurlar ki, nəyə görə məhz indi gəmiyə “MAMMAD AMİN RESULZADEH” adı qoyulur? Cavab çox sadədir. “Palmali” şirkəti hələ 1996-cı ildə aldığı “Omsk” adlı gəminin adını dəyişdirərək “Məmməd Əmin Rəsulzadə” qoymuşdu. Yəni “Palmali”nın ilk 5 gəmisindən biri Azərbaycan xalqının dahi liderinin adını daşıyıb. Sonradan bu gəmi “Kend Shipping” şirkətinə satıldı. Ona görə, yazdığınız mənasız xəbərlərə görə, minnətdaram, sayənizdə gözəl cavabınızı da aldınız. Söz qalmadı sizə deməsinlər. El gözü tərəzidir və sadə insanlar sizin çirkin əməllərinizə qarşı yağdırdıqları nifrət, qəzəb dolu sözləri ilə bir daha sübut etdilər ki, bu tərəzidə sizin mənəviyyatınız, kişiliyiniz, mənliyiniz sıfırdan yuxarı qalxmağa qadir deyil. Deyirsiz ki, gəmilərə görkəmli şəxsiyyətlərin adlarını verməklə özümü reklam edirəm. Amma bunu bilin ki, mən sizin səviyyənizdə deyiləm. Mən hər zaman, nə qədər ki, sağam, vətənimə, xalqıma xidmət edəcəm. Bu qədər ucuz olmayın, bu Müharibədirsə, onu da kişi kimi aparın, belə ucuz və əskik metodlarla deyil. Mənim adım Mübarizdir, mən Mübarizəni sevərim, bunu unutmayın".

Eynulla Fətullayevin bu çağırışa cavabı da gecikməyib. Onu da təqdim edirik: "Son günlər Facebook-da vurulmuş oliqarx Mübariz Mənsimovun fəallığını təhlil edirəm, sosioloji araşdırma və yeni prosesin nəbzini yoxlamağa çalışıram. Məncə, Mənsimov AXCP-nin və Milli Şuranın seçdiyi Rəsulzadə-Elçibəy ideoloji platformasını təsadüfən seçməyib, və bu siyasi cəbhədə dayanan qüvvələrlə sıx əməkdaşlıq edir. Yəqin ki, azacıq olsa da maliyyə dəstəyi də göstərir (böyük dəstəyə artıq gücü yetməz). Təsadüfi deyil ki, Rəsulzadə-Elçibəy platformasında dayanmış müxalifət qüvvəsi tam olaraq bu şəxsə dəstək verir, bütün resursları ilə Mənsimovun ruporu rolunda çıxış edir.

Hələlik Mənsimov gizlicə olaraq müxalifətlə əlbirdir, lakin yaxın vaxtlarda mövqeyini açıq şəkildə ifadə edəcək. Eyni zamanda paralel olaraq, Mənsimov Qərbdə ənənəvi olaraq hökumətin əleyhinə çıxış edən dairələrlə də fəal təmasdadır. Hamısını bilirik... Azərbaycan hökumətinə qarşı fəaliyyətə keçərsə, Mənsimov qardaş və dost Türkiyyə Cümhuriyyətinin ərazisində yaşaya bilməyəcək, və Qərbə qaçması ehtimalı çox yüksəkdir. Amma Mənsimov hələ bilmir ki, bu yaxınlarda Amerikada və İsraildə onun İŞİD-lə əlaqələri və sanksiya altında olan İran neftinin yükdaşımaları ilə bağlı ciddi araşdırma başlayacaq. Ən böyük zərbə Qərbdən gəlir!.."

âDoric Warriorâ ile ilgili görsel sonucu

Onu da qeyd edək ki, sözügedən qəzada SOCAR-ın da adını hallandıranlar var. Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Report-a aşağıdakıları bildirib:

“”Palmali" Şirkətlər Qrupuna məxsus “Mammad Amin Rasulzadeh” gəmisi ilə toqquşan “Doric Warrior” adlı gəminin “SOCAR Ukraine” şirkəti ilə heç bir əlaqəsi yoxdur. Sözügedən hadisəni SOCAR-la əlaqələndirmək iddiaları tamamilə həqiqətdən uzaq və mənasız təxribatdır. Bunu Azərbaycana qarşı yönəldilmiş tamamilə həqiqətdən və məntiqdən uzaq olan, mənasız təxribat kimi dəyərləndiririk".

Əli RAİS,
“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 565          Tarix: 16-08-2019, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma