Neft qiymətinin 2016-cı ildə kəskin ucuzlaşması Azərabycan manatına da təsirsiz ötüşmədi.
“Report” xəbər verir ki, bu barədə“Moodys” Beynəlxalq Reytinq Agentliyinin yaydığı hesabatda bildirilir.
Qeyd olunub ki, bu təsir nəticəsində manat dollarlaşmış bank sistemində təzyiqlə üzləşdi ki, bu, bank nəzarəti sahəsində islahatların aparılmasına, yeni makroprudensial tədbirlərin hazırlanmasına və qanunvericilik təşəbbüslərinə təkan verdi.
“Neft gəlirlərinin davamlılığını nəzərə alaraq iqtisadi diversifikasiya məqsədilə Azərbaycan hökuməti təşəbbüsünü yenilədi. 2016-ci ildə Azərbaycandakı durğunluğa baxmayaraq, yaxın zamanlarda qəbul edilmiş maliyyə qaydaları siyasətin proqnozlaşdırılmasını artıracaq, qeyri-neft budcə kəsirini azaldacaq”, - deyə məlumatda bildirilir.
Paylaş: