Xəbər lenti

 

Dünən Aşura mərasimində yaşanan bədbəxt hadisəyə görə İraqda 3 gün matəm elan olunub.

Ovqat.com xəbər verir ki,  Kərbəla valiliyi bu qərarı çıxarıb.

Məlumata görə, Kərbəla valisi Nəsif əl Qutabinin tələbi və Baş nazir Adil Əbdülmehdinin razılığı ilə çıxarılan matəm qərarı  bu gündən icra olunacaq.

Dünən Aşura mərasimində yaşanan izdiham nəticəsində 31 nəfər ölmüş, 100-dən çox insan yaralanmışdı.

Hadisədən sonra İraq Baş Naziri Adil Abdulmehdi Kərbəlaya gedərək faciənin baş verdiyi bölgədə araşdırmalar aparmış, daha sonra xəstəxanada yaralıları ziyarət etmişdi.




Ana səhifəyə qayıt        Baxış: 724          Tarix: 11-09-2019, 12:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma