Xəbər lenti

 

“Xarici İşlər naziri Elmar Məmmədyarovun nitq problemini nəzərə alıb İran səfirliyinə, hər il bu ölkədə keçirilən Erməni Olimpiadası ilə bağlı məktub göndərdik. Ümidvarıq ki, səfirlik suallarımızı cavablandırar, bizsə onu sizə çatdırarıq”.

Ovqat.com xəbər verir ki, saytımızın baş redaktoru, şair-publisist Heydər Oğuz bu gün facebook səhifəsində paylaşdığı statusunda bunu bildirib.

Şair-publisist məktubunun mətnini də paylaşıb. XİN-nin sükutuna etiraz motivləri ehtiva edən bu məktubu yayımlayırıq. Yəqin ki, Heydər Oğuz bu statusu ilə XİN-nə bu cür situasiyalarda nota verməyin vacibliyini xatırladıb. Biz də məhz bu səbəbdən şair-publisistin məktubunu XİN əvəzinə verilmiş nota kimi qəbul edirik və olduğu kimi yayınlayırıq:

“Hörmətli İranın Bakıdakı səfirliyi.

İranda keçirilən Erməni Olimpiadası ilə bağlı mövqeyinizi öyrənmək istərdim.

2016-cl ildən Dağlıq Qarabağ da bu olimpiadalarda iştirak etməyə başlayıb. Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk dövlətlərdən biri kimi Dağlıq Qarabağ komandasına bu hüququ verməyiniz nə dərəcədə doğrudur? Bu, İranın Azərbaycanın dövlət suverenliyinə hörmətsizliyi deyilmi?

Tədbirin Məhərrəm ayının 14-də - İmam Hüseyn matəmi ayında keçirilməsi İranın ideoloji cizgisi ilə nə dərəcədə üst-üstə düşür?

51.ci Erməni Olimpiadası ilə bağlı yazımızı sizə göndəririk. Cavab haqqınıza hörmətlə yanaşır və dərc edəcəyimizi nəzərinizə çatdırırıq.

Hörmətlə: Ovqat.com-un Baş redaktoru Heydər Oğuz.

http://ovqat.com/manset/30728-randa-ermni-olimpiadasna-start-verildi-dalq-qaraba-komandas-da-itirakclar-arasnda.html




Ana səhifəyə qayıt        Baxış: 5 025          Tarix: 15-09-2019, 11:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma