Ermənilər qondarma “DQR”-nin paytaxtı Xankəndində "Ədalət və sülh uğrunda əməkdaşlıq" başlığı altında beynəlxalq konfrans keçirib.
Ovqat.com erməni mətbuatına istinadən xəbər verir ki, bu gün başa çatan konfransda 30 ölkədən 150 siyasətçi, mülki aktivisti və ziyalı iştirak edib.
Erməni rəsmilərinin bildirdiyinə görə, konfransın məqsədi Qarabağın beynəlxalq əlaqələrini, müxtəlif şəhərlərlə və regionlarla olan əməkdaşlığını genişləndirmək və qondarma “DQR”-na dəstək verən qurumların və şəxslərin iştirakı ilə yeni bir sistemin yaradılmasıdır.
Konferansda qondarma respublikanın bütün rəsmiləri - “prezidenti” Bako Sahakyandan tutmuş Milli Məclisin sədri, Xarici İşlər, Təhsil, Elm və İdman Naziri, Mədəniyyət, Gənclər və Turizm nazirləri çıxış ediblər.
Konfransdakı panellər əsasən iki məsələyə həsr olunub:
“A "Artsakh xalqının öz müqəddəratını təyin etmə hüququ və sülh yolu ilə həll prosesi"
B "Artsakh Respublikasının beynəlxalq əlaqələrini genişləndirmək imkanları, iqtisadi, mədəni, elmi və təhsil sahələrində Azərbaycan tərəfindən Qarabağın təcrid olunması siyasətinə"” – erməni saytları belə yazır.
Bəs, Paşinyanın nöqtəsini nidaya çevirən Azərbaycan xalqı nə edir?
Sosial şəbəkələrdə yayılan video-roliklərdən aydın olur ki, Azərbaycan gəncləri də “Nida” çağırışına qoşulublar. Yevlaxdan Bakıya qədər bir çox rayonlarımızın gəncləri eyni cümlələri təkrarlayaraq, ölkə başçısının səsinə səs veriblər.
Video-roliki bu linkdə izləyə bilərsiniz:
Paylaş: