Alman şirkəti Liliumun şaquli eniş və qalxış funksiyalarını həyata keçirə bilən elektrikli uçan taksi icad ediblər.
Ovqat.com-un məlumatına görə, uçan taksilərinin test uçuşunun ilkin mərhələsi uğurla başa çatdırılıb.
Test uçuşlarının ilk mərhələsində uçan taksilər saatda 100 km sürəti keçməyi bacarıb.
Şirkətdən bildiriblər ki, beş nəfər yeri olan uçan taksilər 2025-ci ildə Almaniyanın böyük şəhərlərində istifadəyə veriləcək.
Açıqlamada o da qeyd olunur ki, hələlik 350 əməkdaşı olan Liliumun Münhen yaxınlığında ikinci zavodunu quraraq 2025-ci ilə qədər 500 yeni iş yeri yaradacaq.
Taksilərin vertolyot kimi şaquli eniş-qalxışlarının və uçuş sürətinə yüksəlmədən havalanmalarının, 100 km/saat sürətlə güclə göydə süzə bilmələrinin sirri mühərrikləriylə əlaqədardır. İnsan icadı UFO-lara bənzəyən bu taksilərin qanadlarında 36 ədəd elektrikli mühərrik var.
Uçan taksi, tam uçuşa hazır olanda onun mənzili və sürəti də artacaq. Saatda 300 km sürətlə uça bilən bu taksilər bir uçuşda 300 km məsafə qət edə biləcəklər.
Paylaş: