Xeyriyyəçi iş adamı Mürvət Həsənli 13 azərbaycanlı ailənin uşaqları üçün sünnət toyu təşkil edib.
Musavat.com xəbər verir ki, Mürvət Həsənli və onun rəhbərlik etdiyi “Xəmsə” MMC il ərzində bir neçə dəfə bu cür xeyriyyə tədbirləri həyata keçirir. Ramazan və Qurban bayramı kimi dini bayramlarda , o cümlədən Novruz bayramı zamanı aztəminatlı ailələr üçün xeyriyyə süfrələrinin açılması, iftarların verilməsi, imkansız gənclərə toy mərasimlərinin təşkili, xeyriyyə məqsədli sünnət toylarının təşkil olunması kimi tədbirlər mütəmadi həyata keçirilir ki, bugünki tədbir də onlardan biridir. Bu dəfə də iş adamı 13 ailənin uşaqlarını sevindirib.
Tədbirin təşkilati işlərini və informasiya dəstəyini isə Yeni Müsavat Media Qrupu həyata keçirib. Sünnət mərasimində kiçik bəylərin ailə üzvləri və yaxınları, ölkədə tanınmış ictimai-siyasi xadimləri, ölkənin sevilən sənətçiləri iştirak ediblər. “Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlu da tədbirdə iştirak edib, uşaqları xoş gün münasibətinə təbrik edib.
Nərgiz LİFTİYEVA
Məğrur SALMANOV
Paylaş: