Tramp administrasiyasının İsrail-Fələstin məsələsinin həlli üçün hazırladığı “sülh” planı təklifi BMT Təhlükəsizlik Şurasına təqidm olunub.
Ovqat.com xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft təklifin müzakirəsi zamanı İslam dünyasında xeyli ajiotaj yaradan planın fələstinlilər üçün “xəriqə”, “real” və “həyata keçirilməsi mümkün” olduğunu bildirib.
O, həmçinin təkliflər planının dəyişilməz, “dedidyim dedik” tipdən bir sənəd olmadığını da vurğulayıb: Trampın təkliflər planı müzakirəyə açıqdır, müzakirələr üçün başlanğıc nöqtəsidir”.
İsrailin BMT-dəki Daimi Nümayəndəsi Danni Danon da müzakirələrə qatılıb. O, Fələstinin "70 ildir uğursuz olan köhnə plan"da israr etdiyini söyləyərək Trampın təklifinə şans verilməsini istəyib. Diplomat Fələstin prezidenti Mahmud Abbasın "vəzifədə olduğu müddət ərzində sülhdə irəliləyiş əldə edə bilmədiyini" iddia edib.
Paylaş: