Xəbər lenti

 

ABŞ Venesuelanın Nikolas Maduro rejiminə maddi yardım göstərdiyinə görə Rusiyaya məxsus Rosneft Oil şirkətinin daha bir yardımçı şirkətinə sanksiya tətbiq etdi.

Rosneft-ə məxsus və İsveçrədə mənizllənən "Trading International S.A" Venesuallanın neft sektorunda fəaliyyət göstərirdi. ABŞ hökuməti cümə axşamı verdiyi açıqlamada bidlirib ki, adı çəkilən şirkət Rosneft (RTSA)-in ABŞ-ın sanksiyalarından yayınması üçün kömək göstərib.

Maliyyə naziri Steven Mnuçin açıqlamasında bildirib ki, "TNK Trading International S.A., Venesuela xam neftinin satışını və nəqlini həyata keçirən başqa bir Rosneft törəmə şirkətidir".

"Tramp administrasiyası korrupsioner rejimin Venesuelanın neft aktivlərindən istifadəsini dəstəkləyənləri hədəf almaqdaa davam edəcək" - deyə, o əlavə edib.

ABŞ rəsmiləri bildiriblər ki, TNK təkcə 2020-ci ilin yanvar ayında Petroleos de Venesueladan (PdVSA) təxminən 14 milyon barel xam neft alıb.

ABŞ dövlət katibi Mayk Pompeo məsələni şərh edərkən bildirb ki,"Venesuela xalqı, müvəqqəti prezident Xuan Quaydo və demokratik seçilmiş Milli Assambleyanın beynəlxalq tərəfdaşlarımızın davamlı dəstəyinə ehtiyacı var".

"Biz beynəlxalq ictimaiyyəti Maduro və Venesueladakı qanunsuz olaraq hakimiyyətdə qalan köhnə rejimə qarşı daha güclü təzyiq tətbiq etməkdə bizə qoşulmağa çağırırıq" - deyə, o əlavə edib.

2019-cu ilin yanvar ayından etibarən ABŞ Xuan Quaydonu Venesualleanın müvəqqəti prezidenti olaraq tanıdı. O vaxtdan bəri ABŞ Maduro rejimini devirmək üçün iqtisadi və diplomatik təzyiqlərini artırıb.

Ötən il 60-a yaxın millət müxalifət lideri Xuan Quaydonu Venesuelanın qanuni lideri kimi tanıyıb və Maduronu qeyri-qanuni hesab edir.

"Amerikanın səsi"




Ana səhifəyə qayıt        Baxış: 1 327          Tarix: 14-03-2020, 08:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma