Xəbər lenti


“Oruc tutmaq bədənin immunitet sistemini gücləndirir. Sağlam insanlar qorxu və ağla batan səbəb olmadığı təqdirdə oruc tuta bilərlər”.

Ovqat.com xəbər verir ki, bu fikirləri İran dini lideri Ayətullah Seyid Əli Xamaneinin Şəri Suallar İdarəsinin üzvü höccətülislam Məhəmmədhüseyn Fəlahzadə koronavirus və Ramazan ayı ilə bağlı sualları cavablandırarkən deyib:

Onun səzlərinə görə, yüksək ixtisaslaşmış həkimlərlə bir neçə görüşdə məsləhətləşərək bu qənaətə gəliblər: "İnsanlar belə düşünürlər ki, oruc xəstələnməyə səbəb ola bilər. Amma tibb mütəxəssisləri sağlam insanların oruc tutma səbəbilə xəstələnməsini məqbul hesab etmirlər. Orucun sağlam insanların koronavirusa yoluxmasında heç bir təsiri yoxdur və möminlər az səfər edərək, evdə qalmaqla virusun inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər".   Məhəmmədhüseyn Fəlahzadə bildirib ki, orucluq müddətində yaşlı və əvvəlcədən xəstəliyi olan insanlar kooronavirusa yoluxma ehtimalı var və onlar həkimə müraciət edə bilərlər. 

Məhəmmədhüseyn Fəlahzadənin İran dini liderinin sözçüsü olduğunu nəzərə alsaq, bu çıxış əslində Ayətullah Xamaneinin fitvası kimi də qiymətləndirilə bilər.


Ana səhifəyə qayıt        Baxış: 3 115          Tarix: 16-04-2020, 16:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma