Xəbər lenti


Hər kəsin bir-birinə təsəlli olduğu dünyada yaşayırıq. Qonşumuzun iki gözünün də kor olduğunu görüb, biz öz çer gözümüzə görə Allaha şükr edə bilirik. Görünür, məşhur atalar sözümüz də məhz bu həqiqətdən doğub: “Kor nə istər? – iki göz, biri əyri, biri düz”.

Kora “bir əyri, bir düz” göz arzulayan atalarımızın sözü ölmasın, Nigeriyaya baxanda biz lap toya getməliyik. Bizdə yenə çölə çıxma qadağasına görə 100 manat cərimə edirlər. Nigeriyada isə bunun bədəli koronavirusdan belə ağır olur.

Ovqat.com-un İnsan Haqları Milli Komissiyasına istinadən verdiyi məlumata görə, Nigeriyanın təhlükəsizlik qüvvələri COVID-19 səbəbilə qoyulan küçəyə çıxma qadağasına riayət etməyənləri öldürürlər.

Açıqlamada son 2 həftə ərzində 18 nəfərin öldürüldüyü vurğulanıb. İndiyə qədər isə ölkədə koronavirusdan cəmi 11 nəfər dünyasını dəyişib. Belə çıxır ki, Nigeriyanın təhlükəsizlik qüvvələri koronavirusdan daha təhlükəlidir.


Ana səhifəyə qayıt        Baxış: 2 180          Tarix: 16-04-2020, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma