Xəbər lenti

 
İran Mülki Aviasiya Agentliyi bu ilin əvvəlində Tehranda vurulan Ukrayna təyyarəsi barədə rəsmi hesabatını yayımlayıb.
 
Ovqat.com Asriran xəbər saytına istinadən xəbər verir ki, hesabatda hadisənin səbəbləri insani xəta olaraq göstərilib.  
 
"Havadan müdafiə sisteminin yerinin dəyişdirilməsindən sonra  "şimal istiqaməti" nin müəyyən edilməməsi üzündən sistem Ukraynanın sərnişin təyyarəsini düşmən hədəfi kimi qəbul edib."
 
Hesabatda ikinci səbəb kimi isə müdafiə sistemi ilə Koordinasiya Mərkəzinin vəzifəli şəxsləri arasında əlaqə vaxtında təmin edilməməsi və təyyarənin uçuşu barədə məlumatların ötürülməsində gecikmə yaşanması göstərilib: “Bu da təyyarənin səhv təsnifinə və hədəflənməsinə gətirib çıxarib”.
 
 
Hesabata görə, üçüncü səbəb havadan müdafiə sistemini idarə edənlərin “Vur” əmri alınmadan raketin düyməsinə basmağı olub. Məhz bu səbəbdən hesabatda insidentin insan səhvi nəticəsində baş verdiyi qənaətinə gəlinib.
 
Qeyd edək ki,   Ukrayna Hava Yollarına məxsus "Boinq-737" tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından Kiyevə uçarkən havalandıqdan az sonra vurulmuş, içərisindəki 176 nəfər həlak olmuşdu.


Ana səhifəyə qayıt        Baxış: 3 183          Tarix: 12-07-2020, 18:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma