Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
“Rusiya "Sibirin gücü – 2" layihəsinin çəkilişi üçün Çini motivasiya edir”.
Ovqat.com xəbər verir ki, Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin müəllimi İqor Yuşkov mətbuata verdiyi açıqlamasında belə deyib.
Onun sözlərinə görə, "Qazprom” Rusiyadan Çinə çəkilməsi nəzərdə tutulan ikinci qaz kəməri "Sibirin gücü – 2”-ni layihələndirilməsinə başlayıb.
Bu layihə Monqolustan marşrutu ilə getməyi və hazırda Avropa İttifaqı dövlətlərinə qaz ixrac edən eyni yataqlardan xammal bazası kimi qidalanmağı nəzərdə tutur. Odur ki, Rusiya üçün bu layihə yalnız təchizat marşrutunun genişləndirilməsi deyil, həm də son illərdə ikitərəfli qaz əməkdaşlığının sürətlə pisləşdiyi Avropa bazarından asılılığı diversifikasiya (şaxələnmə) etmək deməkdir.
Sözügedən qaz kəmərinin dəqiq xüsusiyyətləri hələ tam müəyyənləşdirilməyib, lakin söhbət ildə on milyardlarla kubmetr qaz hasilatından gedir. Fəqət Pekində Rusiyadan xammalın idxalına birmənalı qiymət vermək istəmirlər.
“"Qazprom"-un "Sibirin gücü – 2" layihəsini maliyyələşdirməsi onu göstərir ki, Rusiyada bu layihə üzrə texniki sənədlərin hazırlanmasına başlanılıb ki, nəql müqaviləsinin imzalaması üçün Çini həvəsləndirsin", - deyə Yuşkov bildirir.
"Qərb Çin marşrutu" ilə bağlı müzakirələr uzun müddətdir davam etsə də, indiyə qədər Moskva və Pekin belə bir razılaşma imzalamayıblar. 2000-ci illərdə Çin tərəfinə təklif olunan da əslində bu layihə idi, lakin sonda "Sibirin gücü - 1" adlanan başqa bir alternativ üzərində duruldu.
"Əvvəlcə bu layihədə qazın Rusiya-Çin sərhədi üzərindən nəqlinin həyata keçirilməsi nəzərdə tutulurdusa, bu gün söhbət Monqolustan vasitəsilə tranzitdən gedir. "Qazprom" hətta "Sibirin gücü – 2”-nin tikintisinin həyata keçirilməsi üçün monqol tərəfi ilə birgə müəssisənin yaradılması haqqında memorandum da imzalayıb”, - deyən Yuşkov fikrini belə davam etdirib: "Bütün bunlar göstərir ki, "Qazprom" Qərbi Sibir qaz yataqlarını Çin bazarına çıxarmaq niyyətindədir. Üstəlik, həmin yataqlar çoxdan hasilata hazırdır".
"Sibirin gücü-1" çərçivəsində Çayandinskoye və Kovıkta yataqlarının işlənməsi lazım idi. Onlardan birincisində hasilat 2019-cu ildə, qaz kəmərinin işə salınmasından əvvəl başlayıb, ikincisi isə 2023-cü ildə işə düşəcək.
Milli enerji təhlükəsizliyi Fondunun aparıcı eksperti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin müəllimi İqor Yuşkov
Xammalı "Sibirin gücü – 2" layihəsilə Çinə nəqli nəzərdə tutulan qaz yataqları çoxdan işləyir və Avropa İttifaqına qaz tədarük edir. Burada heç bir problem yoxdur, ona görə də Rusiya Çin alıcılarının tələb etdiyi qədər qaz tədarük edə biləcək.
"Qazprom" bəyan edir ki, Rusiya, Qərbi Sibir yataqlarında hazırkı hasilat miqdarından başqa, əlavə 150 milyard kubmetr qaz çıxarıla bilər. Ona görə də resurs bazası ilə bağlı problem olmayacaq", - deyə Yuşkov bildirir.
Bununla belə, Qərbə qaz satışı ciddi maneələrlə üzləşən Rusyanın Şərqə yönəlmək sevdası da daşa dəyə bilər. Məsələ burasındadır ki, Çinlə mürəkkəb danışıqlar prosesi hələ də problem olaraq qalır; "Sibirin gücü – 2" layihəsilə bağlı sənədlərin imzalanacağına heç bir zəmanət yoxdur.
“"Sibirin gücü-1" ilə bağlı əvvəlki müqavilə on ildən çoxdur müzakirə olunub, buna görə də Çinlə yeni saziş imzalayacağımız zaman aydın deyil. Ən azı, 2020-ci ildə layihənin imzalanması mümkün olmayacaq", - Yuşkov belə fikirləşir.
Ən ciddi problem isə “Qazprom”-un qiymət siyasətindən qaynaqlanır. Bildirildiyinə görə, şirkət hazırda dünya bazarındakı mövcud qiymətlərə razılaşmaq niyyətində deyil. Çox güman ki, Rusiya tərəfi bir müddət gözləyəcək, qiymətlər 1000 kub metri 150-200 dollara yüksələndə müqavilə bağlamağa çalışacaq. Odur ki, Çinlə bu müqavilə çərçivəsində təkcə qaz kəmərinin tikintisi yox, həm də xammalın qiyməti razılaşdırılmalıdır.
"Rusiyanın mövqeyini gücləndirən əsas amil Çin-Amerika münasibətlərinin pisləşməsidir. Buna görə də Çin üçün qaz tədarükünün etibarlılığı getdikcə daha çox əhəmiyyət qazanır. Çin cənub istiqamətində aldğı LNG qazına həssasdır, Rusiyadan təbii qaz tədarükü isə çinlilər üçün siyasi cəhətdən daha təhlükəsizdir", - deyə Yuşkov bildirir.
Rusiya üçün bu layihənin bir başqa faydası resurs bazasının eyni zamanda həm Avropa İttifaqına, həm də Çinə və daxili bazara təchizat imkanı verməsidir. Buna görə də Moskva bu layihəyə lobbiçilik etməkdə çalışacaq
"Sibirin gücü-2" Rusiyanın son strateji ixrac qaz kəməri olmalıdır. Uzaq gələcəkdə bəlkə də hansısa yeni variantlar meydana çıxacaq, lakin bu layihə qazın boru kəməri ilə ixracı məsələlərini uzun müddətliyə həll edəcək.
Rusiyanın üçüncü qaz kəməri müqaviləsi Çinlə bağlanmayacaq. Avropa İttifaqına gəldikdə isə, Rusiya qazının ixracı artıq pik həddə çatıb. Bundan sonra o, həm digər ölkələrlə alış-verişin, həm də alternativ energetikanın qarşısını alacaq.
Rusiya son magistral qaz kəmərlərini inşa edir
"Sibirin gücü-2” Rusiyanın böyük layihələrindən həqiqətən sonuncusudur. Şərqi Sibir Çin bazarına bu layihə vasitəsilə qoşulub, Uzaq Şərqdə Koreyaya və Çinə qaz kəməri tikmək mümkündür, lakin orada texniki problemlər mövcuddur. Avropa İttifaqında çətin ki, yeni kəmər çəkmək imkanları yaransın, buna görə də bu layihə Rusiya üçün son mərhələ olacaq ", - deyə Yuşkov bildirir.
Hindistana qaz kəməri haqda söhbət gedir, lakin onun texniki baxımdan necə yerinə yetirilə biləcəyi aydın deyil. Bundan sonra “Qazprom" yəqin ki, Yamal yarımadasında sıxılmış qaz zavodunun tikintisinə üstünlük verəcək.
Bir sözlə, Qərblə qaz layihələri bir-bir dayandırılan Rusiyanın Şərqə yönəlmə planının baş tutması da xeyli mübahisəli görünür.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar