Xəbər lenti

 
Rusdilli yazıçı Çingiz Abdullayev rus məktəblərinin bağlanmasını tələb edənləri "yerli cahillər" adlandıraraq xalqı təhqir edibDolayısıyla Azərbaycan türkcəsiylə danışan milyonlarla insan cahil adlandırıb
 
Ziyalılarımız tərəfindən də Çingiz Abdullayev adekvat cavabını alıb da. Di gəl ki, professor Rafiq Əliyevin ona qahmar çıxması mübahisələri nəinki səngitməyib, əksinə daha çox alovlandırıb. Səbəb isə aydındır: "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru  Rafiq müəllimin “mürşidliyi”  Çingiz Abdullayevə qahmar çıxmağa çatıb. Onun “qırmızı molla”lığına cavab isə özünü çox gözlətməyib. Çingiz Abdullaeyev-Rafiq Əliyev tandeminin “yerli cahil” saydıqlarından birinin cavabı xüsusilə diqqəti cəlb edib.
 
Ovqat.com ciddi polemikalara səbəb olacağını düşündüyü 3 fikrin 3-nü də oxucuların diqqətinə çatdırır:
 
Çingiz Abdullayevin statusu:
 
Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev “Facebook” profili vasitəsilə ölkədəki rus məktəblərinin bağlanmasına çağıran yerli millətçiləri tənqid edib.
 
O qeyd edib ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir və bu, lobbi fəaliyyətinin nəticəsi deyil: “Onlar rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlardır”.
 
Buna baxmayaraq, o, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın rus və ingilis dillərindəki çıxışlarını nümunə gətirərək aralarında ölkə başçımızın xeyrinə olan böyük fərqi qeyd edib.


Çingiz Abdullayevin fikirləri erməni mediasında
 
Ç.Abdullayev xarici kanallarda demək olar ki, heç bir azərbaycanlının olmadığını, varsa belə, rus və ya ingilis dilində yaxşı danışmadıqlarını da qeyd edib.
 
Hörmətli yerli cahillər! Ana dilini bilmək əvvəlcədən vacibdir və bu, müzakirə edilə bilməz... Ancaq bizim kimi kiçik bir ölkənin ən azından rus, ingilis, fransız və ərəb dillərini bilən minlərlə insana ehtiyacı var.
 
Əcnəbi dildə danışan yalnız jurnalistlərə deyil, xarici texnologiyaya yiyələnmiş zabitlərə, dünyada mədəniyyəti və elmi təmsil edən sənət və elm işçilərinə, və nəhayət siyasətçilərə ehtiyacımız var. Lobbimiz yoxdur, ona görə yox ki kimsə bizə bunu yaratmaqda mane olur. Düşüncəsizliyimiz, geriliyimiz, həsədimiz, cəhalətimiz - budur bizim əsas düşmənlər. Həm Qarabağda, həm beynəlxalq məsələlərdə, həm də xarici və daxili siyasətdə.
 
Bir yerli “fəal” in dediyi kimi, “biz rus dilindən qurtulmağı xəyal edirdik, indi ingilis dilindən necə qurtulaq”, - xalq yazıçısı statusunda qeyd edib.
 
Çingiz Abdullayev fərqli dillərdə məktəblərin sayının artmasına və uşaqlara xarici dilləri öyrənmək imkanı yaratmağa çağırıb:
 
“Bəlkə o zaman bir anda iki azərbaycanlı televiziya ekranlarında görünəcək və biz başqalarının lobbisini yada salmayacağıq. Həqiqətən, xəyal qurmaq zərərli deyil”.


 
Rafiq Əliyevin “mürşidnaməsi” (Olduğu kimi):


Bu da bizim dinşünas alimimizin savadını əks etdirən "möhtəşəm əsəri"
 
Dostumuz,isteli yazicimiz CINGIZ ABDULLAYEVI rus dili ile bagli kobudcasina tenqid eden bir sira"ziyalı»lara !!!   
 
Şəxsən mən nə «millətçi» sözünü qəbul etmirəm, nə də özünü «millətçi» kimi qələmə verənləri cəmiyyət üçün digər elm sahiblərindən üstün tutmuram. Öz millətini başqa  millətlərlə düşmənçiliyə səsləyənlər öz xalqını qonşu ölkələrin «millətçi»ləri kimi uçuruma sürükləyənlərə əslində yardımçı olur, onlara dəstək verirler… Qonşu millətlərin, xalqların dilini, mədəniyyətini bilmək nə vaxtdan naqislik hesab olunur?!.. Düzdür, heç bir özgə millətin qoltuqaltısı olmaq lazım deyil! Bizin öz yolumuz var və bu yol heç vaxt digər, hətta heç dili dilimizdən, dini dinimizdən olan qardaş türklərin yolu ilə də eyni ola bilmez. Məsələnin mahiyyətinə varmadan ağız-ağıza verib yazıçı, ictimai xadim Çingiz Abdullayevi tənqid, daha doğrusu, təhqir edən cənablar, bəlkə bu günədək millət üçün etdiklərinizi ortaya qoyasınız... Olmaya sizləri qıcıqlandıran, bizim bilmədiyimiz başqa məqamlar var?!.. Ətrafımızda hərc-mərclik baş alıb gedir, millət artıq uçuruma yuvarlanır, mənəvi-əxlaqi dəyərlərimiz bataqlıqdadır, yeni nəslin taleyi sual altındadır, sabah nə baş verəcəyini artıq heç kim proqnozlaşdıra bilmir… Bəlkə bir-birinizi tənqid etmək, ləkə yaxmaq əvəzinə birləşib üzləşdiyimiz daha mühüm problemlərin həlli ilə məşğul olasınız? Məncə, belə xalqınız, millətiniz üçün daha faydalı iş görmüş olarsınız.
"Professor Rafiq Eliyev.12.09.2020
 


“Yerli cahil” Tuğ Şanlıtürkün iki “düha”ya bir cavabı - "İkisi bir arada" silsiləsindən:

"Neyliyim, ey vay! Bu urus başdılar,
Bilməyirəm, hardan aşıb-daşdılar?!
Ölkədə gündən-günə çoxlaşdılar,
Hər əmələ, hər işə çuğlaşdilar,

Qoymayın, ay köhnələr, ay yaşdılar!
Heyvərələr hər yerə dırmaşdılar!" 


Mirzə Ələkbər Sabir

 
Rafiq Əliyevə, elə öz dostları tərəfindən qınaq gəldi. Mən isə bu qərəzli, qarayaxma tipli statusun cavabını daha dolğun vermək istəyirəm.
 
Rafiq Əliyev məlumunuzdur ki, xarici dil öyrənməklə xarici dildə təhsil almağın fərqi çox böyükdür. İnsan hansı dildə dərs oxuyur, o dildə düşünür. Əxlaqı, davranışı düşündüyü dilin mənsub olduğu xalqın xarakterinə görə formalaşır. Təsadüfi deyildir ki, rus bölməsində təhsil alan uşaqlarımız azərbaycanlıdan çox rusa bənzəyir və ya bənzəməyi özlərinə fəxr bilir. Necə ki, qahmar çıxmağa çalışdığınız Çingiz Abdullayev də o məktəblərin yetirməsidir və ahıl yaşına çatmasına, digər slavyan xalqların belə Rusiyadan üz döndərməsinə baxmayaraq, hələ də dünyaya rus təfəkküründən yanaşır, uşaqlığından beyninə hopmuş bu sindromdan yaxa qurtara bilmir. 
 
Rusdilli məktəblərin bu cür zərərli təfəkkürləri formalaşdırıb ortaya çıxarması başadüşüləndir. Çünki altı yaşlı, Azərbaycan haqqında təsəvvürü olmayan bir körpə rus məktəblərində yad zehniyətin önünə tərk edilir və bu uşağın öyrəndiyi hər şey rus mental dəyərləri əsasında formalaşır: rus tarixi, rus ədəbiyyatı, rus nağılları və s. 
 
Bu uşaqdan soruşmağa haqqımız varmı sən niyə milli dəyərlərini tam qavramamısan?  Bu uşaq Xətai məktəbindən dərs almayıb, Nəsimi irfanını mənimsəməyib, Fizulidən eşq öyrənməyib, Nizamidən nəsihət almayıb və ən dəhşətlisi bu uşaq misilsiz Azərbaycan klassiklərini, Azərbaycan tarixini tanımır. Bu uşaq mənəvi yetim qalırRuslar onu rus kimi qəbul etmir, amma o artıq tam azərbaycanlı da ola bilmir. Bu uşaqlara, bu fidanlara bunun edilməsinə qarşı çıxırıqsa, niyə dırnaqarası ziyalı oluruq?  Sizin nəzərinizdə ziyalı olmağın yolu rusa təzim etməkdənmi keçir?   Rusa təzim etməyən, rusun maraqlarına xidmət göstərməyən ziyalı, Çingiz Abdullayevə görə "yerli cahil", Rafiq Əliyevə görə isə dırnaqarası ziyalıdır? Nə vaxta qədər milləti təhqir edəcəksiniz? Nə vaxta qədər bizlərə xor baxacaqsınız?  
 
Statusunuzda rusdilli məktəbləri istəməyənləri "millətçi" adlandırıb, millətçilərin təhlükəli, başqa millətlərə düşmən olduğunu iddia etmisiniz. Millətçi kəsimin Azərbaycan daxilində və xaricində düşmən bildiyi sadəcə 3 qüvvə var: fars, rus, erməni şovinizmi. Milli dəyərlərinə  sahib çıxan insanlara düşmənçiliyinizin səbəbi sizin özünüzə bəlli olduğu kimi bəzən kin saçan cümlələrinizdən də hədəfləriniz müəyyən olur. Bir “dırnaqarasız ziyalı” kimi sizdən, Azərbaycan xalqına “yerli cahillər deyən Çingiz Abdullayevi mədh edən statuslar yazmamağınızı xahiş etməyəcəm. Sizdən sadəcə mənəvi yükünün altında əziləyəcəyəniz fikirlər yazmamağı xahiş edəcəyəm. Təbii ki, bu da asan deyil...
 
Sonda diqqətimi çəkən bir məsələnin də cavabını verim: şərhlərinizdə "bizim genimiz qarışıqdır" deyirsiniz. Sizə bunun cavabını mən yox, qoy, Bəxtiyar Vahabzadə versin:
 
Əslimi nəslimi tanıyıram mən, 
Qarışıq deyiləm özümdən hürkəm
Sən kimsən sən nəsən özün bilərsən
Mən ilk qaynağından türk oğlu türkəm!
 


Ana səhifəyə qayıt        Baxış: 7 549          Tarix: 12-09-2020, 20:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma