Xəbər lenti


NUHÇIXAN İnformasiya Agentliyi həmin fakt və məlumatları təqdim edir:
 
“Müharibə dövründə Ermənistan vətəndaşlarının hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina etmələrini sübut edən sənədlər əldə olunmuşdur. Həmin sənədlər Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən Ermənistan polis orqanlarına və qondarma “Dağlıq Qarabağ Respublikası”nın Xarici İşlər Nazirliyinə göndərilmişdir.
 
Azərbaycanın erməni təxribatına qarşı 27 sentyabr 2020-ci il tarixindən etibarən həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı, guya dünyanın müxtəlif ölkələrində olan erməni əsilli şəxslərin döyüşmək üçün könüllü olaraq Qarabağa gəlməsi barədə Ermənistan tərəfindən mütəmadi olaraq yayılan məlumatların yalan olduğu müəyyənləşmişdir. Belə ki, Naxçıvan Muxar Respublikası Dövlət Təhlüksəziliyi Xidməti tərəfindən düşmən Ermənistanın Xarici İşlər Nazirliyinə məxsus sənədlərinin əldə edilməsi nəticəsində döyüş əməliyyatlarının başlanılmasından sonra bir çox erməninin orduya çağırılmamaq məqsədilə vətəndaşlıqdan imtina etməsi və bu barədə Ermənistanın xarici ölkələrdə yerləşən səfirlik və konsulluqlarına müraciət etməsini sübut edən sənədlər əldə edilmişdir”.


 



Ana səhifəyə qayıt        Baxış: 3 502          Tarix: 5-10-2020, 20:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma