Xəbər lenti


Yenilməz Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı mənfur düşmənlrimizdən təmizləməkdə davam edir. Qarşıda dağlar, yoxuşlar və yarğanlar durduğu üçün, hazırkı mərhələdə bu iş böyük ustalıq və məharətlə həyata keçirilir. Cəbhə bölgəsindən gələn bir-birindən xoş xəbərlər, Ali Baş Komandamızın qətiyyəti, əskər və zabitlərimizin döyüş ruhu və qələbə əzmi deməyə əsas verir ki, tezliklə qələbə müjdəsi Bütöv Azərbaycanı və qardaş Türkiyəni bayram şənliklərinə bürüyəcəkdir. 

Bəs, erməni ordusunun tənəzzülə uğradığ belə bir ağır vəziyyətdə it kimi gəbərərək, təslim olmamasının səbəbi nədir? Görünən budur ki, Paşinyanın  əsas məqsədi müxtəlif vasitələrlə vaxt qazanıb, xarici havadarlarından kömək almaq, acınacaqlı şəraitdə olan erməni xalqını və özünü düşdüyü faciəli durumdan qurtarmaqdır. Dünya dövlətlərinin əksəriyyətinin bizim tərəfimizdə olması onu göstərir ki, Ermənistanın son çapaları heç bir nəticə verməyəcək və o, özünün son ümid və arzularını da xərcləyib qurtaracaqdır. Paşinyanın özünə gəldikdə isə, görün, bu insan nə qədər alçaq və şərəfsizdir ki, hakimiyyətini itirməmək xatirinə cəbhə bölgəsində məhv edilən əsgər leşlərinə belə yiyəlik etmək istəmir. Öz xalqını yalan məlumatlarla aldatmaqla, ancaq özünü və ailəsini düşünür, vaxtında təslim olub, xalqını qırğından qurtarmır. Unutmayaq ki, Paşinyan beynəlxalq səviyyədə bir neçə dəfə humanitar atəşkəs rejiminin tətbiq olunmasına nail olsa da, həmin atəşkəsin pozulmasının səbəbkarı da özü olubdur. Ortaya maraqlı bir sual çıxır: əcaba, bu erməni dığasının məqsədi nədir, onun bu qeyri-standart gedişləri nəyə hesablanıb? Ermənılərin xislətinə, məkrinə, həyasızlığına bələd olan hər bir  insan üçün bu sualın cavabı aydındır: əsas səbəblərdən biri odur dünyaya car çəksin ki, Azərbaycan tərəfi atəşkəs rejiminə əməl etmir, dinc əhalimizi dayanmadan qətlə yetirir.  Dünya içtimaiyyətini inandırsın ki, türklərlə bir yerdə yaşamaq mümkün deyil və bu minvalla sülhməramlı qoşunların Qarabağda yerləşdirilməsinə nail olsun. Digər səbəb isə odur ki, dünyaya Xocalı soyqırımını unutdurub, ikinci “erməni soyqırımı” ifadəsi ilə gündəmə gəlsin. Ağlamaqla, yalvarmaqla, ianə toplamaqla, işləmədən, əziyyət çəkmədən digər dövlətlərin hesabına yaşamağa davam etsin.
Odur ki, başqa dövlətlərin təsiri altında qəbul olunan mənasız qərarlara fikir verməməliyik. Son otuz ildə fil qulağında yatanlar, heç bir iş görmək istəməyənlər indi bizə yol göstərir, ağıl öyrədirlər. Separatçılar dalına baxmadan cəbhə bölgələrindən qaçmaqdadır. Ermənistan rəhbərliyi başını itirib. İndi beynəlxalq səviyyədə hansısa iclas keçirməyin vaxtı deyil. Azərbaycan Ordusunun basqıları altında halsız vəziyyətdə inildəyən erməni sepatatçılarına “özünə gəl, yenidən güləşək” deməyin isə heç vaxtı deyil. İşi bitirməyin tam zamanıdır. Şəhidlərimizin ruhu, Azərbaycan xalqı Ordumuzun son qələbə həmləsini böyük səbirsizliklə gözləyir. O gün uzaqda deyil!
Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!

Aləm Kəngərli,
Yazıçı, ehtiyatda olan zabit



Ana səhifəyə qayıt        Baxış: 2 397          Tarix: 4-11-2020, 23:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma