Xəbər lenti


Paşinyanın dünyanın aparıcı dövlət başçılarına yalvarıb, onlardan imdad dilədiyi bir vaxtda və Ordumuzun qələbə zəfərləri ilə Xankəndinə, Şuşaya çatdığı ərəfədə Moskvada oturub ermənikökənli Lavrovun vasitəçiliyi ilə Ermənistanla sülh sazişi bağlamaq, Azərbaycan dövlətinin böyük güclər qarşısında çıxılmaz vəziyyətdə qallmasının göstəricisidir. 

Bu, Putinin strateji planları qarşısında baş əyməkdən başqa bir şey deyil. Rusiyanın məqsədi özünün qapazaltısı olan Ermənistan dövlətinə və hakimiyyətinə yerini göstərmək idi və buna da nail oldu. Yəqin ki, növbəti mərhələdə də “sülhməramlı” rusiya qoşunlarının Qarabağda yerləşdirilməsi məsələsi müzakirə olunar.

Bütün dünya dövlətlərinin haqqımızı tanıdığı, bizə dəstək olduğu bir vaxtda biz türk qardaşlarımızı qoyub, Fransanın, Rusiyanın diqtəsi ilə hərəkət etməməliydik, yolumuzda ölməyə hazır olan qüvvələrə güvənməliydik.

Bu razılaşmaya, heç olmasa, ən azından bir bənd də əlavə olunmalıydı ki, atəşkəs dövründə Dağlıq Qarabağa nəzarəti Azərbaycanın hərbi hava qüvvələri həyata keçirəcək. Təəssüf ki, belə bir bənd yoxdur. Yol vermək olmaz ki, bu ərəfədə erməni-rus rəhbərliyi atəşkəs fırıldağından istifadə edib, Dağlıq Qarabağa hər hansı bir maşın, hərbi texnika və ya canlı qüvvə gətirsin.

Şəhidlərimizin ruhu bizi bağışlasın!

Aləm Kəngərli, yazıçı, ehtiyatda olan zabit



Ana səhifəyə qayıt        Baxış: 3 636          Tarix: 10-10-2020, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma