Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakıya səfər proqramı yenidən hazırlanacaq.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə M. C. Zərifin Bakı və Moskva səfərlərinin ləğvi ilə bağlı APA-nın sorğusunu cavablandırarkən bildirib.
İran XİN sözçüsü deyib ki, dövlətin büdcəsinə dair müzakirələrdə Nazirlər Kabinetinin bütün üzvlərinin iştirakı tələb olunduğundan M.C. Zərifin Bakı və Moskva səfərləri təxirə salınıb və səfər proqramı yenidən hazırlanacaq: “Səfərin məqsədi Qarabağ məsələsini müzakirə etməkdir. Əlbəttə, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi də müzakirələrdə yer alacaq. İran Azərbaycan və Rusiya ilə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. İran Azərbaycanla əlaqələrini inkişaf etdirməkdədir. İranın siyasəti yaxşı qonşuluq, regionda problemləri region və qonşu ölkələr üçün sıfıra endirməkdir. İran ölkələrlə bərabər əlaqələr qurmağa çalışsa da, bəzi ölkələr tarixi keçmişi və müştərək oxşarlığına görə İran üçün daha əhəmiyyətlidir. Azərbaycan da bu ölkələr sırasındadır”.
İran XİN rəhbərinin baş tutacaq Bakı səfərində müsbət nəticələrin əldə olunacağına ümid edən S. Xətibzadə Azərbaycan Prezidenti İlham Əliyevin sərhədlərindən Ermənistana silah keçməsinə icazə verməməsi ilə əlaqədar İrana təşəkkür etməsinə də toxunub: “İran böhranların sülh yolu ilə həll olunmasına çalışır. Çünki bizim bölgəmizin bundan artıq müharibə və qarşıdurmaya dözümü yoxdur".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar