Xəbər lenti

 
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfərdən imtina edib.
 
Ovqat.com-un məlumatına görə, nazirin hansı səbəbdən imtina qərarını verdiyi bilinmir.
 
Qeyd edək ki, Zərifin Azərbaycana səfəri İran XİN tərəfindən yayılmışdı. Nazirliyin sözçüsü Səid Xətibzadə özünün "Twitter" hesabında paylaşım edərək bildirmişdi ki, "Doktor Zərif noyabrın 23-24-də region ölkə rəhbərləri ilə danışıq aparmaq məqsədilə Rusiya və Azərbaycana səfər edəcək. Azərbaycan və Rusiya rəsmiləri ilə Dağlıq Qarabağ və bölgədə baş verən proseslərlə bağlı danışıqlar aparacaq".
 
Zərifin rusiyalı həmkarı Sergey Lavrovun İrəvan və Bakı səfərindən dərhal sonra bu qərara gəldiyi xəbər verilir.
 
Xatırladaq ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara bu gün açıqlama verərək Türk qoşunlarının yaxın günlərdə Azərbaycana gələ biləcəyini bildirmişdi. Ekspertlərin fikrincə, İranın baş diplomatının səfərinin təxirə salınmasında bu amilin də mühüm rolu ola bilər. Onların fikrincə, Türk ordusunun bu addımı bir çox ölkələrin hesabını pozduğundan onlar öz siyasətlərinə yenidən baxmaq məcburiyyətində qalıblar. Yeni status-kvoya uyğun siyasət formalaşdırmaq isə bir xeyli zaman ala bilər. 


Ana səhifəyə qayıt        Baxış: 4 916          Tarix: 21-11-2020, 18:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma