Xəbər lenti

 
Azərbaycan əsgərləri Zod (Sotk) qızıl mədəni ərazisini tərk ediblər.
 
Ovqat.com xəbər verir ki, mədənin icraçı direktoru Hakob Avetyan mətbuata açıqlamasında belə deyib.
 
Onun sözlərinə görə, hazırda problem qəti şəkildə həll olunmamış qalır.
 
"Vəziyyət stabildir, mədən ərazisində yalnız ermənilər var. Azərbaycanlılar dünən gəldilər, bizə qarşı sakit davrandılar, təcavüzkar davranışa yol vermədilər. Biz də, onlar da hazırda öz rəhbərliklərimizin qərarını gözləyirik", -deyə Avetyan bildirib.
 
Qeyd edək ki, dünən 250 nəfərlik Azərbaycan hərbçisinin Kəlbəcərin Zod qızıl mədəninə yaxınlaşdığı və mədəni şəkildə erməniləri əraziləri tərk etməyə çağırdığı bildirilirdi. Məlumata görə, yeraltı zənginliklərimizi istismar edən ermənilərə bölgədən çəkilmələri üçün 24 saat vaxt verilmişdi. 
 
İndisə belə aydın olur ki, ermənilər tələbi yerinə yetirmək əvəzinə İrəvandan təlimat gözləyirlər. İrəvan isə deyəsən Zod mədənindən qızıl yox, növbəti “soyqırım” nağıllarına “əsaslı materiallar” toplamaq üçün öz vətəndaşlarına başqa ölkənin ərazisinə girməyin doğuracağı ağır nəticələrini başa salmaq niyyətində deyil.


Ana səhifəyə qayıt        Baxış: 4 746          Tarix: 27-11-2020, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma