Xəbər lenti

 
Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciət edib.
 
Ovqat.com-un məlumatına görə, erməni ordusunun Qarabağdakı məğlubiyyətinə və özü barəsində irəli sürülən ittihamlara cavab verən Paşinyan bütün günahları bir müddət əvvəl sensasiyalı açıqlamaları ilə yadda qalan Movses Hakobyanın üstünə atıb.
 
Paşinyanın fikrincə, Qarabağdakı bütün “fəlakət”lərin əsas baiskarı sabiq Baş Qərargah rəisi Movses Hakobyandır.
 
"Təəssüf ki, onun rəhbərlik etdiyi 9-cu müdafiə xətti uğursuz oldu və bu da fəlakətlə nəticələndir. Proseslərə qanunsuz müdaxiləsi ilə ən azı bu uğursuzluğun məsuliyyətini bölüşən general indi konfranslar keçirir və "əsassız açıqlamalar" verir”.
 
Xatırladaq ki, general Movses Hakobyan bir müddət əvvəl açıqlama verərək, Paşinyanın arvadının Dağlıq Qarabağdakı əsas qərargaha gəlib burnunu bilmədiyi məsələlərə soxduğunu və buna görə özü tərəfindən ordan qovulduğunu bildirmişdi. Generalın sözlərinə görə, Anna Hakobyan bundan sonra da 20 dəqiqə qərargahda oturmuş, sonra çıxıb getmişdi. 
 
Görünür, Paşinyana yer edən başlıca “əsassız açıqlama” da budur. 
 


Ana səhifəyə qayıt        Baxış: 4 676          Tarix: 27-11-2020, 15:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma