Xəbər lenti
Bu gün, 16:14
Bu gün, 14:30
Bu gün, 11:47
Dünən, 23:00
Dünən, 16:41
Dünən, 14:19
Dünən, 12:48
Dünən, 10:47
19-11-2024, 23:12
19-11-2024, 23:00
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla Muxtar Respublikanın Bakıdakı daimi nümayəndəsi Bəxtiyar Əsgərovun dünən YAP-ın qurultayına maskasız getməsi yanlış qənaətlərə yol açmış, kiçik torpaq rəsmilərinin bu jestlə Bakıya “Xan hər yerdə xandır” mesajı verdikləri kimi qiymətləndirilmişdi. Daha sonra hörmətli Vasif müəllimin qurultay zalında çəkilmiş fotosu yayılmış və həmin fotoda onun maska taxdığı müşahidə olunmuşdu.
Fəqət indiyədək Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Bəxtiyar Əsgərovun maskalı fotosunun ortaya çıxmaması istər-istəməz bəzi sualları da bərabərində gətirmişdi: “Əcəba, Bəxtiyar müəllim Bakıda Cənab sədrdən daha imyitazlı şəxdir? Olmaya, Heydər Əliyevin ən gənc dostu olması ilə öyünən və hətta ona şeir həsr edən Bəxtiyar müəllim bu pünhanlığı ilə “mən daha üstün şəxsiyyətəm” mesajı vermək niyyətindədir?”.
Naxçıvandan redaksiyamıza göndərilən bir foto-şəkildə “Heydər Əliyevin ən gənc dostu”nun kimlərəsə əsla belə bir mesaj göndərmək istəmədiyi əks olunub. Foto-şəkildə “Cənab Sədr” maskasız olduğu halda, Bəxtiyar Əsgərovun karantin qaydalarına tam əməl etdiyi görünür.
Diqqətimizi ən çox cəlb edən isə Naxçıvandan redaksiyamıza göndərilən digər bir foto-şəkildir. Bu foto-şəkildə Naxçıvan Ali Məclisinin sədri maskasız şəkildə polislə söhbətləşir. Özgə vaxt hansısa yetimin maskası burnundan aşağı bir balaca sürüşən kimi başını üstünü kəsdirib əmək haqqısının 30-40%-i miqdarında cərimə yazan və cəriməni yerindəcə ödətdirən Bakı polisinin eyni “cinayəti” törədən Naxçıvan rəhbəri ilə şirin-şirin söhbətə dalması Azərbaycanda vətəndaşların müxtəlif silklərə bölündüyünü təsdiqləyən ən bariz dəlillərdəndir. “Xana olar, nökərə yox” məntiqinə əsaslanan bu reallıq Azərbaycanda hələ də hələ də quldarlıq quruluşunun qaydalarının hökm sürdüyünü, ölkənin vətəndaşlıq hüququ ilə deyil, təbəəçilik və dərəbəylik qaydaları ilə idarə olunduğunu göstərir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar