Xəbər lenti
 
 
Bu gün keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti seçilib.
 
Ovqat.com-un məlumatına görə, AMEA-nın sədri Ramiz Mehdiyev və millət vəkili Siyavuş Novruzov YAP-ın idarə heyətindən çıxarılıblar.
 
 
YAP-ın yeni İdarə heyətinin tərkibi aşağıdakı kimi formalaşıb:
 
1. İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri
 
2. Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
3.Tahir Mirkişili
4. Cavid Osmanov
5. Sadiq Qurbanov
6. Hikmət Babaoğlu
7. Elşad Mirbəşiroğlu
8. Azər Badamov
9. Şahin İsmayılov
10. Ramin Məmmədov
11. Kamal Cəfərov
12. Əli Əhmədov
13. Mübariz Qurbanlı
14. Eldar İbrahimov
15. Bahar Muradova
16. Mixail Zabelin
17. Vasif Talıbov
 
Maraqlıdır ki, YAP Siyavuş Novruzovla Ramiz Mehdiyevi guya koronavirus qadağalarını pozduğuna görə gözümçıxdıya salıb. Bu gün qurultaya gələrkən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da maska taxmayaraq, faktiki olaraq eyni qaydaları pozmuşdu. Özü də daha kobud şəkildə. 
 
Üstəlik, qarantin qaydalarını tək özü pozmaqla qalmamış, Naxçıvanın Bakıdakı Daimi Nümayəndəsi Bəxtiyar Əsgərovu da maska taxmamağa və bunu nümayişkaranə şəkildə göstərməyə həvəsləndirmişdi. Hətta bu hadisə bir sıra media qurumlarının gözündən yayınmamış və “Xan hər yerdə xandır” kimi qiymətləndirilmişdi. 
 
Di gəl ki, nədənsə YAP rəhbərliyi Siyavuş Novruzla Ramiz Mehdiyevə göstərdiyi dözümsüzlüyü Vasif Talıbova rəva görməyib. Bu da istər-istəməz bəzi suallara yol açır: Əcəba, Naxçıvan YAP-çılarının “Cənab sədri” AMEA prezidenti Ramiz Mehdiyevdən və ictimai nüfuzunu hakimiyyət üçün xərcləyən Siyavuş Novruzovdan nəyi artıqdır? Biz hələ Naxçıvanın daimi nümayəndəsi Bəxtiyar Əsgərovu demirik.
 
 Ümidvarıq ki, hakim partiya bu ikili standart yanaşmanın səbəbinə tezliklə aydınlıq gətirəcək.




Ana səhifəyə qayıt        Baxış: 5 134          Tarix: 5-03-2021, 14:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma