Xəbər lenti

 

“Mosulda humanitar vəziyyət qorxuncdur. İŞİD mənsubları  özlərini qorumaq üçün 100 mindən çox vətəndaşı canlı qalxan kimi istifadə edir”.

Ovqat.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının  (BMMYK) İraq üzrə nümayəndəsi Bruno Geddo qurumun Cenevrə Ofisində təşkil etdiyi mətbuat konfransında çıxışı zamanı belə deyib.

Geddo “xilafətçilərin” canlı qalxan kimi istifadə etdiyi həmin 100 min nəfəri şəhərin qərbindəki "Köhnə şəhər" adlanan yerə apardıqlarını

Bu qədər çox sayda vətəndaşların saxlanıldıqları tarixi yerdə qarşıdurmaların ortasında qaldıqlarını bildirən Geddo bölgədə yemək qalmadığını, suyun və elektrikin veriləmədiyini qeyd edib.

İŞİD-çi snayperçilər qaçmağa çalışan vətəndaşları öldürməkdən çəkinmədiyini söyləyən komissar bir şəkildə canını qurtarıb qaçmağı başaranların isə ciddi xəsarət aldıqlarını deyib.

Mosuldan gələn xəbərlərə görə, şəhərin qərb yaxasındakı "Şəfa” məhəlləsi və "Köhnə Şəhər" bölgələrində ağır küçə döyüşləri aramsız davam edir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 095          Tarix: 16-06-2017, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma