Xəbər lenti

 ABŞ təyyarələri Əfqanıstanın Helmand vilayətində hava əməliyyatı keçirib. Əməliyyat çərçivəsində atılan bombalar əfqan qüvvələrinin toplandığı binanı yerlə yeksan edib.

Ovqat.com xəbər verir ki, çox sayda əsgərin öldürüldüyü bildirilən hava hücumunun qəza olduğu açıqlanıb.

Pentaqonun hadisəylə bağlı açıqlamasında deyilir:

"ABŞ-ın əfqan milli müdafiə qüvvələrinə verdiyi dəstək əsnasında hava atışları bir binada toplanmış dost əfqan güclərinin ölümünə səbəb oldu”.

ABŞ hadisədə həyatını itirən əfqan əsgərlərinə başsağlığı verməyi də unutmayıb. Hücumda nə qədər əfqan əsgərinin öldürüldüyü isə gizli saxlanılır.

Qeyd edək ki, dünyanın ən mükəmməl ordusuna sahib olan ABŞ-ın istər Yaxın Şərqdə, istərsə də Əfqanıstanda keçirdiyi əməliyyatlarda tez-tez bu cür xətalar yaşanır. Maraqlıdır ki, bu hədəf sapmaları adətən həlledici məqamalarda – rejim qüvvələrinin terrorçulara qarşı tam üstünlük əldə etdiyi zamanlarda təkrarlanır. Bir çox hallarda isə bu, terrorçuların tam yox olmaqdan canını qurtarır.

Son hadisə barədə müfəssəl məlumatlar hələ verilməsə də, deyəsən, eyni proseslər burada da baş verib. Pentaqonun rəsmi açıqlamasında hadisənin “ABŞ-ın əfqan milli müdafiə qüvvələrinə verdiyi dəstək əsnasında” baş verdiyinin etirafı da bu ehtimalı qüvvətləndırir.

Bir çox ekspertlər ABŞ-ın hərbi xətalarının kökündə mütləq bir şüurluluq arayırlar. Onların fikrincə, terrorçu qrupların tamamilə sıradan çıxmasını istəməyən Pentaqon qüvvələri bu cür “səhvlərlə” qüvvələr arasındakı balansı qoruyur. Məqsəd islam dünyasını məhvə aparan daxili münaqişələri diri tutmaqdır.




Ana səhifəyə qayıt        Baxış: 1 040          Tarix: 22-07-2017, 08:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma