Xəbər lenti

 Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti azərbaycanlı deputat Elman Nəsirovun iddiasına cavab verib. Deputat jurnalist Əfqan Muxtarlının oğurlanmasının Gürcüstanla Azərbaycanın birgə əməliyyatı nəticəsində baş tutduğunu deyib. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti isə bu iddianı rədd edib. DTX bildirir ki, deputatın dedikləri həqiqətə uyğun deyil və onların Əfqan Muxtarlının saxlanılması ilə heç bir əlaqəsi yoxdur.

Milli Məclisin insan haqları komitəsinin və YAP-ın üzvü Elman Nəsirov Azadlıq Radiosuna müsahibəsində Əfqan Muxtarlının saxlanılmasının Gürcüstan və Azərbaycanın birgə xüsusi əməliyyatının nəticəsi olduğunu təsdiq edib.

“Hadisələrin təhlili onu göstərir ki, Əfqan Muxtarlı bir fiqurdur, böyük bir şəbəkənin tərkib hissəsidir. Daha böyük siyasi qüvvələr Gürcüstanda Əfqan Muxtarlı kimiləri toplayıblar, orda böyük maliyyədən, təşkilatlanmadan da söhbət gedir. Söhbət təkcə Əfqan Muxtarlıdan getsəydi, təbii ki, heç onun bu şəkildə həbsinə də ehtiyac qalmazdı. Həmin şəbəkə Azərbaycanda pozuculuq fəaliyyətini həyata keçirən Əfqan Muxtarlını təbii ki, qoruyur və çalışacaqdılar ki, onun Azərbaycana gətirilməsinin qarşısını alsınlar. Bu baxımdan, Azərbaycanın Gürcüstanla birgə belə bir addım atması xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir”, – deyə Elman Nəsirov bildirib.

Fizzə

Azadliq.info




Ana səhifəyə qayıt        Baxış: 1 093          Tarix: 10-06-2017, 02:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma