Xəbər lenti

 

ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşner prezident seçki kampaniyası və ondan sonrakı dövrdə Rusiya rəsmiləriylə görüşdüyünü etiraf edib.

Ovqat.com xəbər verir ki, Metbuat.az-ın məlumatına görə, bununla belə o, heç bir xarici hökumətlə hər hansı bir sözləşməyə getmədiyini bildirib.

Kuşner Senatın Kəşfiyyat komitəsində bağlı qapılar arxasında keçirilən dinləmədən və Konqresin Nümayəndələr Palatasının komitəsi qarşısında ifadə verməzdən öncə 11 səhifədən ibarət bəyanat açıqlayıb.

Qeyd edək ki, Konqresin hər iki komitəsi Rusiyanın keçən il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat aparır.




Ana səhifəyə qayıt        Baxış: 653          Tarix: 24-07-2017, 23:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma