Xəbər lenti

  

“Raqqa İŞİD-dən təmizləndikdən sonra da ABŞ-ın bölgədə uzun müddət qalması lazımdır”.

Ovqat.com xəbər verir ki, bu sözləri Suriya Demokratik Şurasının həmsədri İlham Əhməd “Associated Press”ə açıqlamasında deyib.

İlham Əhməd öz fikirlərini İŞİD-dən sonra Raqqanın idarə olunması və yenidən inşası zərurətilə əsaslandırıb, ABŞ-ın uzunmüddətli siyasi və maliyyə dəstəyinə ehtiyac duyduqlarını etiraf edib.

"Əgər Amerikalılar bu bölgələrin və öz ölkələrinin təhlükəsizliyini təmin etmək istəyirlərsə, demokratik bir sistem qurulana qədər Suriyada qalmağa davam etməlidirlər" – İlham Əhməd belə düşünür.

Radikal güclərin təkrar güc qazanmaması üçün Suriyada demokratik bir sistem qurulmasında ABŞ-ın rolunun vacibliyini vurğulayan Əhməd kürdlərin Suriyanın gələcəyi üçün aparılacaq müzakirələrdə bundan belə gözardı edilə bilməyəcəyini söyləyib.

Qeyd edək ki, Suriya Demokratik Şurasının böyük əksəriyyəti kürd separatçılarından ibarətdir. Suriyalı kürdlər bəzi ərəbləri də bu təşkilata cəlb etməklə öz davalarına “ümumxalq” görüntüsü verməyə çalışırlar.




Ana səhifəyə qayıt        Baxış: 894          Tarix: 26-07-2017, 08:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma