Xəbər lenti


Naxçıvandan axır ki, redaksiyamıza xoş xəbərlər də gəlməyə başlayıb.

 

Ovqat.com-a məktub ünvanlayan Naxçıvan sakini Məhəmməd İsmayıllı aeroportda bilet almaq məsələsinin xeyli yaxşılaşdığından bəhs edib.

 

Əlavə şərhə yol vermədən, məktubu olduğu kimi, oxucularımızın diqqətinə çatdırırıq.

 

“Naxçıvan Muxtar Respublikasının əhalisinin Azərbaycanın digər əraziləri ilə əlaqəsi əsasən hava nəqliyyatı, təyyarə vasitəsilədir. Lakin neçə illərdir ki, Naxçıvan əhalisi təyyarə bileti əldə etmək üçün əziyyət çəkirdi. Belə ki bilet əldə etmək üçün, səhər saat 4-5 radələrində Naxçıvan şəhər aviakassasında növbəyə dururdular. Lakin bu növbələrdə belə, bilet almaq müşkül məsələ idi. Aeroportun kassalarından isə heç danışmağa dəyməz. Təyyarə reysi uçmağına yarım saat qalmış kassalar açılar, 1-2 bilet satıldıqdan sonra bağlanardı. 

 

Bir neçə ay bundan qabaq, Azərbaycan Hava Yolları Qapalı Səhmdar cəmiyyətinin idarə heyətində baş verən vəzifə dəyişikliklərindən, Səhmdar cəmiyyətinin birinci vitse-prezidenti postuna Samir Rzayev təyin olunduqdan sonra vəziyyət büsbütün dəyişdı.

 

Belə ki, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Naxçıvan Hava limanına təyin olunmuş nümayəndəsi Anar Hüseynovun bu vəzifəyə gətirilməsindən sonra Naxçıvan hava limanında bilet kassalarında vəziyyət normallaşdı. Aviakassalarda və aeroportun öz kassalarında növbə tamamilə aradan qaldırıldı. Anar Hüseynovun fəaliyyəti nəticəsində təyyarə reyslərinin sayları əhəmiyyətli dərəcədə artdı. Bu da Naxçıvan Muxtar Respublikası əhalisinin Azərbaycanın digər bölgələri ilə əlaqəsini daha da asanlaşdırmışdır.

 

Naxçıvan əhalisi bunun üçün dövlətimizə minnətdarlığını bildirir".




Ana səhifəyə qayıt        Baxış: 6 056          Tarix: 17-09-2023, 13:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma