İsrail hərbi qüvvələri Qəzza zolağında yerüstü əməliyyatın ikinci mərhələsi başladığını elan edəndən sonra güclü müqavimətlə qarşılaşıb.
Ovqat.com-un məlumatına görə, Zeytun və Cibaliya bölgələrində irəliləyə bilməyən İsrail işğalçı qüvvələri ağır itki verərək, geri çəkilib.
İsrail rəsmiləri də bu bölgələrdə şiddətli döyüşlərin getdiyi və ağır itkilər verdiyini etiraf ediblər. Bildirilir ki, İsrailin nəticəsiz hücumundan sonra Qəzza zolağının müxtəlif bölgələri atəşə tutulub. Bombardman çoxsaylı insan tələfatına səbəb olub. İsrail İndoneziya xəstəxanası kimi çox sayda xəstəxananı mühasirəyə alıb, Qəssam briqadaları isə ona cənubda Aşdoddan, şimalda Tel-əvivə qədər geniş bir ərazini bombalamaqla cavab veriblər.
Qəzza zolağındakı Fələstin mənbələri İsrail ordusunun cənub-şərq bölgəsindən Zeytun və Cibaliya bölgəsinə irəliləmək cəhdinin dəf olunduğunu bildirib.
Noyabr ayında Qəssam briqadalarının ən böyük birləşmələrindən biri kimi xarakterizə olunan Zeytun briqadası ilə şiddətli döyüşlərin baş verdiyini qəbul edən İsrail ordusu yetkililəri Zeytun və Cibaliya bölgələrinə doğru irəliləməyin çətin iş olduğunu deyiblər.
Paylaş: