Xəbər lenti

 

Türkiyədə bu gün başlanan 'ByLock' əməliyyatı çərçivəsində 35 jurnalist saxlanılıb.

Ovqat.com-un Türk mətbuatına istinadən verdiyi xəbərə görə, əməliyyat hazırda da davam edir və daha yeni gözaltılar gözlənilir.

Qeyd edək ki 'ByLock' şəbəkəsi Fəthullah Gülən tərəfdarlarının xəbərləşmə vasitəsi kimi tanınır.

Son zamanlar qardaş ölkədə jurnalist həbslərinin artması beynəlxalq aləm tərəfindən birmənalı qarşılanmır. Məsələn, Almaniya-Türkiyə gərginliyində Berlinin əlində bəhanəyə çevirdiyi əsas faktlardan biri də media əməkdaşlarının azadlıqlarının məhdudlaşdırılmasıdır. Odur ki, son gözaltıların ciddi beynəlxalq təpkiyə səbəb olacağı gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 983          Tarix: 10-08-2017, 10:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma