Xəbər lenti

 

“Çempionlar Liqasında təmsilçimiz “Qarabağ”ın növbəti mərhələyə yüksəlməsi hər birimizi sevindirir. Bu qələbə yalnız beynəlxalq idman arenasında əldə edilən zəfər deyil, həm də Qarabağ adının dünyaya duyurulması istiqamətində atılmış ciddi addımdır”.

Ovqat.com xəbər verir ki, Ədalət partiyasının bu gün yaydığı bəyanatında belə deyilir.

Bəyanatda ümid edilir ki, Kopenhagendə yaşatdığımız sevinc milli vətənpərvərlik hislərini gücləndirəcək, Azərbaycan gənclərinin özünə inamını artıracaq və bütün bunların nəticəsində ölkəmiz Qarabağ davasında da mühüm nailiyyət əldə edəcək: “Ümidvarıq ki, Qarabağ”la başlayan uğurlarımız Qarabağla da tamamlanacaq”.

Bəyanatda həmçinin bu qələbənin qazanılmasında əməyi keçən hər kəsə, o cümlədən klubun baş məşqçisi Qurban Qurbanova və oyunculara təşəkkür edilir.




Ana səhifəyə qayıt        Baxış: 757          Tarix: 24-08-2017, 14:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma