“Bütün dünyada demokratiya təzyiq altındadır və biz bunun qarşısını almaq üçün qərarlı şəkildə səy göstərməliyik”.
Ovqat.com xəbər verir ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer belə deyib.
Ötən gün qatıldığı bir mükafatlandırma mərasimində çıxış edən Ştaynmayer Almaniyanın da qlobal avtoritarlaşma prosesindən geri qalmadığını bildirib:
“Qonşularımızda, xarici müttəfiqlərimizdə və Almaniyada bir çox adam demokratiyaya arxa çevirir. Getdikcə kompleksləşən dünyada insanlar sadə problemlər səbəbindən dost-düşmən cəbhələrinə ayrılırlar”.
Avtoritarlaşma istiqamətində yeni heyranlıqların müşahidə olunduğunu etiraf edən prezident Almaniyada da gedərək daha çox insanın "konstitusiyanın və birgə yaşayış dəyərlərinin İkinci Dünya Müharibəsinin bitdiyi 1945-ci və Berlin divarlarının yıxıldığı 1989-cu ildəm bəri indiyəcən görülməmiş səviyyədə sorguladığını" bildirib:
"Bəlkə də əvvəllər bir çox fərqli şeylər təbii olaraq qəbul edilirdi. İndiki vaxtda da sarsılmaz və fitrətdən gələn bu faktın yenidən müdafiə olunması lazımdır. Əhəmiyyətli olanın sağ, sol və ya mərkəzçi görüşlər deyil. Demokratiyanın varlığı əsasdır. Lütfən, məni səhv anlamayın, çaxnaşma yaratmaq istəmirəm! Amma demokratiyanın müdafiəsindən söhbət gedirsə, heç bir zaman gərəkdiyindən daha çox mühafizəkarlıqla bunun mümkün olmayacağını öz ağrılı keçmişimizdə də görmüşük. Demokratləşmə həqiqətən də ağır prosesdir və demokratik azadlıqların yenə təhlükədədir”.
Ştaynmayer bu sözləri deyərkən, təkcə Türkiyə və post-sovet ölkələrini nəzərdə tutmadığını, Avropa ölkələrini də bu sıraya qatdığını bir daha təkrarlayıb:
“Mən burada heç Türkiyədən də bəhs etmirəm. Avropa Birliyinin göbəyində belə, indi əvvəllər ağla-xəyala sığmayacaq hadisələr yaşayırıq".
Paylaş: