Xəbər lenti

 

Türkiyənin Din İşləri Başqanlığı Fəthullah Gülən hərəkatı barədə hesabat hazırlayıb. “Öz dilindən FETÖ: Bir din istismarı” adlanan hesabat 80 kitab və 40 min dəqiqəlik video-görüntülər (hardasa 670 saat) analiz edilərək ərsəyə gətirilib.

Ovqat.com xəbər verir ki,  Din İşləri Başqanlığının rəhbəri Mehmet Görmez, hesabatı təqdim edərkən bunu bildirib.

Məlumata görə, hesabatda Fəthullah Gülənin özünü “fövqəladə adam” kimi tanıtmağa çalışdığı və bunu sistematik şəkildə həyata keçirdiyi iddia olunur. Sənəddə həmçinin hərəkat liderinin öz təbliğatında hansı metod və tezislərlə cəmiyyətə təsir etməyə çalışması üzərində də durulur.  FETÖ-nun bütün təbliğatının “Fəthullah Gülən axır zamanda peyda olacaq müqəddəs şəxsiyyətdir” fikrini təlqin etməyə hesablandığını irəli sürən sənəddə daha sonra deyilir:

"Fəthullah Gülən çıxışlarında istər yuxuda, istərsə də ayıqkən hər vəziyyətdə həzrəti peyğəmbərlə görüşdüyünə eyham vurur, ondan təlimatlar alıb təşkilat mənsublarına çatdırırmış kimi intiba yaratmağa çalışır”.

Hesabatın xülasəsi təəssüratı yaradan giriş bölümündə Fəthullah Gülən haqqında ağır ittihamlara yer verilir, o, müsəlmanlıqdan uzaqlaşmış, peyğəmbərlik eşqinə düşmüş şəxs, zındıq, dönək kimi təqdim olunur:

“Araşdırılan kitablar və səs yazıları açıq-aşkar bunu ortaya qoyur: Gülən sanıldığı kimi sonradan deyil, fəaliyyətinin ilk başından etibarən, müridlərinə aşağıdakı xüsusları həqiqət kimi təlqin etmiş və onları inandırmağı bacarmışdır:

  • Fetullah Gülən sıradan biri deyil, o, axır zamanda İslamı ehya etmək üçün Allah tərəfindən seçilmiş xüsusi bir adamdır.
  • Onun başlatdığı hərəkat hər hansı adi hərəkat deyil; bütün digər müsləmanlar bir tərəfə, onun hərəkatı bir tərəfədir. Gülən "seçilmiş biri" olduğundan, müridləri də eynilə Hz. Məhəmmədə (s.a.s.) inanan səhabə topluluğu kimi, ilahi imtiyaz sahibi, hətta ikinci səhabə nəslidir.
  • Gülən, mənsublarını azğın fikirlərinə inandırmaq üçün özünü İslam dinini çox yaxşı bilən bir əllamə kimi göstərir. Ancaq burada xüsusilə kəlam-fiqh üsulu çərçivəsində ortaya qoyulan İslami məlumat üsuluna sözdə dəyər verir, əslində isə bunları göz ardı edir.

Ayrıca sûfî ənənədəki bəzi anlayış və ifadələri konteksdən ayrımaqla mənsublarını özünə inandırmaq üçün onlardan yararlanır.

  • Araşdırılan kitablar və səs yazıları yaxşı incələndiyində bu iddialardan vəhyin bitmədiyi aydın olmaqdadır. Zira iddialarına görə, o, həzrəti peyğəmbərin (s.a.s.) yaşadığı miracı az qala hər gün yaşayır. Həzrəti Məhəmməd (s.a.s.) ilə peyğəmbərlik sona çatdığı üçün açıq və ya sətiraltı üslubla dilə gətirilən bu fikirlər islam tarixi boyunca zındıqlıq, zəlalət, yalançı peyğəmbərlik və haqq yoludan dönəklik kimi qiymətləndirilib...”



Ana səhifəyə qayıt        Baxış: 864          Tarix: 27-07-2017, 10:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma