Xəbər lenti

  

“İrana aid raket bazalarını vurub Livanı daş dövrünə qaytara bilərik”.

Ovqat.com xəbər verir ki, bu iddialı fikri İsrailin Kəşfiyyat naziri Yisrail Katz Səudiyyə Ərəbistanının “Elaf” informasiya kanalına açıqlamasında bildirib.

Nazir rəsmi Beyrutu təhdid edərək bildirib ki, Hizbullah İsrailə güclü hücum edərsə, Tel-əviv buna laqeyd qalmayacaq və Livanı Suriyanın gününə salacaq: “Daha geniş və güclü bir hücum olacaq, bu dəfə bütün Livan hədəf alınacaq".

İranın Livanda böyük raket bazası qurduğunu bildirən Katz qarşı tərəfə 2006-ci illəri yada salmağı məsləhət görüb.

Xatırladaq ki, 2006-cı il müharibəsində Hizbullah üzərində heç bir uğur qazana bilməyən İsrail Beyrudun müsəlmanlar yaşayan hissəsini bobardıman etmiş, daşı daş üstünə buraxmamışdı. Buna baxmayaraq, Hizbullah bir ay çəkən müharibəni qazandığını açıqlamışdı.

Bir çox mütəxəssislər də 2006-cı il əməliyyatlarının hərbi baxımdan Hizbullahın üstünlüyü ilə tamamlandığını etiraf edirlər. Katzın 11 il əvvəl baş verən müharibəni xatırlatması yenə eyni qaydada İsrailin mülki şəxs-hərbçi deməkdən bütün Livanı hədəfə ala biləcəyinə işarədir.

Xəbərin digər mühüm məqamı açıqlamanın Səudiyyə Ərəbistan mətbuatına verilməsidir. Bundan bir müddət əvvəl İsrailin Baş qərar rəisi Gadi Aysenkot da İsrail tarixində ilk dəfə Səudiyyə mediasına müsahibə verərək, bütün dünyanı təəccübəndirməyi bacarmışdı. Hətta bir çox analitiklər bu addımla rəsmi Riyadın İsrailə yaxınlaşmaq istədiyi barədə siqnal verdiyini iddia etmişdilər.

İşin gedişatı bu ehtimalı qüvvətləndirmişdi. Hazırda Səudiyyə Ərəbistanı və onun ətrafına toplanan körfəz ölkələri Qüds probleminə tam etinasız yanaşırlar.




Ana səhifəyə qayıt        Baxış: 1 308          Tarix: 14-12-2017, 13:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma