Xəbər lenti

  

“ABŞ-ın bizə satdığı silahlarla sərhədlərimizin xaricində girəcəyimiz müharibədə hansı tabloyla üzləşəcəyimizi düşünmək belə istəmirəm”.

Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyənin Jandarma Bölgə Komandanlığında yüksək vəzifə tutan komandirlərindən biri qardaş ölkənin “Sözcü” qəzetinə açıqlamasında bildirib.

Adı çəkilməyən hərbçi öz əndişəsinin səbəbinə də aydınlıq gətirib:

“ABŞ PKK/PYD terrorçularına 4 min TIR silah-sursat verib. Bizim Hava Qüvvələrimizə aid təyyarələrinin istifadə etdiyi bombaları istehsal edən də ABŞ-dır. Amma ordumuza içiboş bombalar satılıb. Türkiyə isə şüurlu və məqsədli şəkildə müharibəyə doğru sürüklənir. Bu, Türkiyə əsgərlərinə qarşı hazırlanmış qətliam planıdır".

Türkiyənin Cənub-şərqində Jandarma Komandanlığında mühüm bir vəzifədə işləyən hərbçi öz iddialarını faktlarla əsaslandırıb:

“Təəssüf ki, təyyarələrimizin atdığı bombaların saxta olduğunu son bir ayda Van, Şırnak, Bitlis bölgəsində qarşılaşdığımız iki hadisə də təqdiqləyir. Hadisələrdən biri 7 nəfərlik terrorçu qrupa atılmış üç bombadır. Bombalar hədəfin 25-30 metr yaxınlığına düşməsinə baxmayaraq, yalnız bir terrorçu yaralanıb. Digər hadisədə isə bomba ağac altında oturan iki terrorçunun 8 metrliyinə düşür, ancaq bunlar da heç bir şey olmamış kimi durub yollarına davam edirlər. Bu necə olur? Normalda həmin bombalar düşdükləri yerə 300 metr məsafədə nə varsa öldürməlidir”.

Yüksəkrütbəli zabit Baş qərargahı bu faktları araşdırmağa və ictimaiyyətə obyektiv məlumat verməyə çağırıb.

Türkiyənin Suriyadakı Afrin bölgəsinə əməliyyat hazırlığı ərəfəsində olduğu bir vaxtda sözügedən məlumatın ictimailəşdirilməsi diqqətçəkicidir.




Ana səhifəyə qayıt        Baxış: 2 287          Tarix: 20-12-2017, 17:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma