ABŞ və İsrailin yüksək rütbəli təhlükəsizlik yetkililəri iki həftə əvvəl Vaşinqtonda görüşüblər və İranın Yaxın Şərqdəki fəaliyyətinə mane olmaq planı üzərində razılığa gəliblər.
Ovqat.com xəbər verir ki, iddianı İsrailin Channel 10 televiziya kanalı irəli sürüb.
Xəbəri həm ABŞ, həm də İsrail rəsmiləri təsdiqləyiblər.
“Jerusalem Post” qəzetinə açıqlama verən bir ABŞ rəsmisi əldə edilən razılıği "İrana qarşı yeni birgə təşəbbüsün başlanğıcı” kimi qiymətləndirib. Adı açıqlanmayan həmin rəsmi şəxsin sözlərinə görə, bu razılaşma tamamlanmış plan deyil, sadəcə çərçivə sənədidir: “Hədəfimiz İranın nüvə silahına sahib olmasına qarşı çıxmaqdır”.
İsrail Baş nazirinin ofisi də Vaşinqtonda keçirilən görüş barədə daha təfsilatlı məlumatlar verib. Etiraf olunub ki, görüşə qatılan nümayəndə heyətinə İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat rəhbərlik edib. ABŞ-ın nümayəndə heyətinin rəhbəri isə Trampın Milli Təhlükəsizlik müşaviri H.R. Mc Master olub. Görüşdə, hər iki ölkənin müdafiə, kəşfiyyat orqanlarının və diplomatik rəsmiləri də yerlərini alıblar.
Channel 10-un xəbərinə görə, bölgədəki regional prioritetlər mövzusunda ortaq fikrə gəlinən görüşdə müxtəlif işçi qrupları yaradılıb. İşçi qruplarından birinin hədəfləri arasında Tehranın nüvə silahlara sahib olmasını qarşısını almaq məqsədilə hansı gizli və diplomatik addımların atılmasını müəyyənləşdirmək və 2015-ci ildə imzalana nüvə sazişinin pozulub-pozulmadığı müşahidə etmək kimi missiyalar da var.
Digər bir işçi qrupunun isə İranın regiondakı fəaliyyətlərinə qarşı birgə mübarizə metodlarının müəyyənləşdirilməsi niyyətilə yaradıldığı bildirilir. Həmin işçi qrupunun missiyaları arasında Hizbullaha qarşı mübarizə də yer alıb. İşçi qrupu həmçinin Suriyadakı qarşıdurmaların yekunlaşmasından sonra həyata keçiriləcək birgə siyasəti də müəyyənləşdirəcək.
ABŞ-İsrail sazişi çərçivəsində yaradılan üçüncü işçi qrupu isə İranın balistik raket sahəsində atdığı addımları, Suriya və Livandakı həssas raketlərin istehsalına qarşı mübarizə aparmağı hədəf seçib.
Dördüncü işçi qrupu regionda İranın və Hizbullahın reallaşdıracağı gərginlik ssenarilərinə qarşı ortaq planının hazırlanmasını qarşısına məqsəd qoyub.
Paylaş: