Xəbər lenti

 

Pentaqon PKK-ya Türkiyə sərhədlərində 100 min əsgərli ordu qurmaq təlimatı verib.

Ovqat.com xəbər verir ki, məlumatı terror təşkilatının liderlərndən Siyabənd Vələd etiraf edib.

S.Vələd PKK telekanalı kimi tanınan ANF-yə müsahibəsində bu zamana qədər müxtəlif adlar altında yaradılan separatçı kürd silahlı qüvvələrini eyni mərkəzdə birləşdirəcəklərini və yeni ordu quruculuğunu yaxın günlərdə tamamlayacaqlarını bildirib. Onun iddialarına görə, ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə müşaviri Brett McGurk kürd separatçılarına öz məqsədlərini həyata bilmələri üçün Pentaqonun 2018-ci il büdcəsindən 400 milyon dollar ayıracaqlarına söz verib.

Birgə ordu layihəsinin Suriya şimalını əhatə edəcəyi və uzunmüddətli olacağını deyən Vələd bundan sonra hamının kürd separatçılarıyla hesablaşmaq məcburiyyətində qalacağına ümidini də gizlətməyib:

"Heç bir qüvvə bizə hücum edə bilməyəcək, bölgəmizdəki varlığımızı hər kəs qəbul etmək məcburiyyətində qalacaq. İŞİD-lə mübarizə təcrübələrimizdən əsasən Türkiyəyə qarşı istifadə edəcəyik".

ABŞ-ın sifarişilə yaradılması planlaşdırılan ordunun artıq 13 alayının quruculuq işlərinin tamamlandığını deyən Vələd 100 min döyüşçünü necə təmin edəcəklərinə də aydınlıq gətirib: “Regionda yaşayan 18-30 yaş arası bütün sakinlər məcburi səfərbərlik çərçivəsində silah altına alınacaq".

Vələd parçalanmamış Suriyanın isə "boş xəyaldan ibarət olduğunu” və kürd separatçılarını ələ keçirdikləri ərazilərdən heç bir gücün çıxara bilməyəcəyini də iddia edib.




Ana səhifəyə qayıt        Baxış: 2 634          Tarix: 8-01-2018, 02:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma