ABŞ Dövlət Departamenti turistlərin xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında siyahı açıqlayıb.
Ovqat.com xəbər verir ki, 4 kateqoriyalı siyahıya Azərbaycan da daxil edilib və 2-ci qrup ölkələr siyahısına salınıb.
Qruplar belədir:
1-ci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir;
2-ci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun;
3-cü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin;
4-cü kateqoriya - bu ölkəyə səyahət etməyin.
ABŞ Dövlət Departamentinin bu qərarı verərkən Dağlıq Qarabağ amilini nəzərə aldığı aydın olur. Belə ki, açıqlanan xəbərdarlıqda Dağlıq Qarabağ bölgəsinə səfər etməmək məsləhət görülür. Bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində insanlar ölməyə davam edir. Hər il baş verən atışmalar və artilleriya sistemlərindən, o cümlədən yeraltı minalardan və minaatanlardan istifadə edilərək, insanların ölümünə və yaralanmasına yol açılır.
Siyahıda Rusiya və Türkiyə bizdən daha riskli ölkələr kimi qeyd olunub. Hər iki ölkə 3-cü kateqoriyada – “səyahət qərarınızı gözdən keçirin” məsləhətinin verildiyi ölkələr siyahısında yer alıb. Bu qrupda həmin ölkələrlə yanaşı Sudan, Venezuella, Pakistan ve Guatemala da var.
Ən təhlükəli 4-cü qrupda isə Yəmən, Mali, Liviya ve Somalinın adları çəkilir. Bu ölkələrə ümumiyyətlə səfər edilməməsi məsləhət görülür.
Paylaş: