Xəbər lenti

 

                  Qarşıda yeni “ 20 Sentyabr” gözlənilir

Azərbaycan Xəzər hövzəsində  təbii qaz hasilatına görə dördüncü, neft hasilatına görə beşinci yer tutur. Ölkədə qeyri-neft sektorunun sürətli inkişafına baxmayaraq, karbohidirogenlər iqtisadiyyatın inkişafında əhəmiyyətli yer tutmaqda davam edir və bu sahəyə ümidlər hələ də böyükdür.

Bu günlərdə “Şahdəniz” yataqlarında ilkin qazın cari ilin 20 sentyabrında alınacağı haqqında məlumat verildi. Bu yataqlar dünyada son 20 ildə kəşf edilmiş ən böyük qaz yataqlarından hesab olunur. Burada qaz ehtiyatı 1,2 trl kubmetr  həcmində qiymətləndirilir. “Şahdəniz”dən hasil edilərək ,“Cənub Qaz Dəhlizi” vasitəsi ilə Avropaya yönəldiləcək qazın Azərbaycanı Avropa İttifaqı üçün əsas təminatçıya çevrəcəyi ehtimal edilir. Avropa İttifaqı üçün prioritet layihələrdən biri olan “Cənub Qaz Dəhlizi”  vasitəsi ilə 10 milyard kubmetr  Azərbaycan qazının  Gürcüstandan keçməklə Türkiyə və Avropaya nəqli nəzərdə tutulur.

                           Müstəqillik illərində bir ilk

“Şahdəniz” dən əlavə Azərbaycanda “Abşeron” ,“Ümid”, “Bulla Dəniz” kimi iri yataqlara da xüsusi diqqət ayırılır. Xüsusilə qeyd etmək lazımdır ki, “Ümid yatağı”  Azərbaycan mütəxəssisləri tərəfindən 2010 - cu ildə kəşf edilib. Bu SOCAR tərəfindən müstəqil Azərbaycanda kəşf edilmiş ilk yataqdır. Bu yatağın qaz ehtiyatları 200 milyard kubmetr, kondensatları isə 40 milyon ton həcmində qiymətləndirilir.

Gələn onilliyin ortalarına bu yataqlar bütün gücü ilə işə salınmalıdır. Buna görə SOCAR 2007-ci ildə şirkətin  digər qazma qurumlarını özündə birləşdirərək “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İdarəsinin bazasında yaradılmış “Kompleks qazma işləri” Trestin fəaliyyətinə xüsusi diqqət ayırır. Bu gün Trest öz fəaliyyətində ən yüksək texniki göstəricilərə malik müsair texnologiya və avadanlıqlardan istifadə edir

“Kompleks qazma işləri” Tresti 2017-ci ilin yüksək texniki-iqtisadi göstəricilərlə başa vurub. İl ərzində nəzərdə tutulmuş 115 184  metr qazma işləri əvəzinə 115 200 metr qazma işləri görülərək, 71 quyu istismara təhvil verilib. Bu planın 100 faiz yerinə yetirilməsi deməkdir.

Trestin ötən ilki nailiyyətlərindən biri də “Bulla Dəniz” yatağndakı qaz kondinsatı hasil edən 123 saylı quyu ilə bağlıdır. “MakKinzi konsalting” şirkəti quyunun qazılmasını 237 günə, “Kompleks qazma işləri” trestinin mütəxəssisləri isə 240 günə proqnozlaşdırsa da, quyu rekord həddə tez bir müddətdə- 227 günə qazıldı.

 

 

                                 Azərbaycanda qazma işlərində yeni üsul

“Kompleks qazma işləri” Tresti Azərbaycanda ilk dəfə olaraq, 2014- cü ildə horizontal qazma üsulu ilə quyu qazıb. Hal-hazırda enerji resurslarının hasilatında horizontal üsul ilə qazılmış quyular mühim yer tutur.

Horizontal qazma üsulu ən çətin keçilən laylardan neft hasilatını mümkün edir. Horizontal qazma prosesi zamanı  quyu şaqulı lülə oxundan müəyyən kənarlaşma bucağına malik olur ki, bu da neftin daha tez və məhsuldar hasilatına gətirib cıxarır. Bu üsuldan təkcə istismarda olan quyulardan hasilatının artırılmasında deyil, həm də qeyri-məhsuldar və rentabelli olmayan quyuların işləməsində istifadə edilir.

Trest bu gün payız-qış mövsümündə mavi yanacaqla  təminatı gücləndirmək üçün “Qaradağ” qaz anbarlarında quyular qazır.

SOCAR “Kompleks qazma işləri” trestini yaradaraq qazma ilə məşqul olan bütün stukturları  vahid idarəetməyə verib. Nəticədə dənizdə və qurudakı 25 yataqda aparılan qazma işlərinin surəti və effektlivliyi qat-qat artıb. Bu gün bütün qazma  resurslarını özündə birləşdirən, madd -texniki bazasını möhkəmləndirən Trest, peşəkar mütəxəssilərin potensialından istifadə etməklə, geoloji cəhətdən ən çətin yataqlarda belə müasir standartlarla qazma işlərini uğurla davam etdirir.




Ana səhifəyə qayıt        Baxış: 855          Tarix: 18-01-2018, 17:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma