Xəbər lenti

 

Artıq 72 saatdır ki, Türkiyə Silahlı Qüvvələri Afrin üzərində hava hərəkatı keçirmir.

Ovqat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu hərəkətsizlik Rusiyanın hava sahəsini uçuşlara bağlamasıyla izah olunur.

Xatırladaq ki, bir neçə gün əvvəl İdilibdə rus hərbi təyyarəsinin vurulmasından sonra dərc etdiyi xəbər-analizdə bu ehtimalı saytımız tərəfindən də irəli sürmüşdü. (Həmin yazını bu linkdən oxuya bilərsiniz:

 Əl-Qaidədən “Zeytun budağı” təxribatı: Rusiya təyyarəsi ilə Türkiyə Hava Qüvvələri hədəfə alındı,

MANPAD-ı müxaliflərə kim verib - “Ayı xidməti”, yoxsa ABŞ-PYD təxribatı?)

Bu gün mətbu orqanlarda dərc olunan sözügedən xəbər də irəli sürdüyümüz ehtimalı təsdiqləyir. Məlumata görə, Türkiyə Hava Qüvvələri fevral ayının 4-dən etibarən hava əməliyyatlarını dayandırıb. Rus təyyarəsi isə ayın 3-də vurulmuşdu.

Türkiyə prezidenti R.T.Ərdoğanın neçə gündür ki, rusiyalı həmkarıyla telefon danışıqları apardığı xəbərləri də artıb. Danışıqların məğzi barədə geniş məlumat verilməsə də, hava sahəsinin yenidən açılması müzakirələrin əsas mövzusu olduğu ehtimalı edilir.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 351          Tarix: 8-02-2018, 21:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma