Xəbər lenti

  

"ABŞ Silahlı Qüvvələrinin Suriyada əbədi qalmaq strategiyası olduğu görünür. Daha əvvəl verilən bütün sözlərin əksinə, İraq və Əfqanıstanda da eyni şeyi etmək istəyirdilər”.

Ovqat.com xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Euronews”-a açıqlamasında belə deyib.

Onun fikrincə, ABŞ Suriyada daimi qalmaq üçün indidən ölkənin böyük bir hissəsini geri qalanından ayırmağa çalışır: “Bunu Suriyanın ərazi bütövlüyünü, suverenliyini pozmaq bahasına edir. Orada dövlətəbənzər idarəetmə orqanları yaradır, kürdlərə güvənərək hər cür yoldan istifadə edərək muxtariyyət qurur”.

 Lavrov açıqlamasında beynəlxalq qanunlara əsasən, ABŞ-ın Suriyaya ya Dəməşqin icazəsi, ya da BMT TŞ tərəfindən verilmiş səlahiyyətlə girə biləcəyini, amma bunun belə olmadığını da vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 949          Tarix: 16-02-2018, 20:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma