Prof. Dr. Ata ATUN
Səudiyyə Ərəbistanının idarəçiliyində mühüm mövqeyi olan şahzadə Məhəmməd bin Salman Misirin “Əl-Sorok” qəzetinə verdiyi müsahibədə İranı tənqid atəşinə tutduqdan sona Türkiyəyə də ilişib. O, Türkiyəni İranın yanında yer alan islami təşkilatlarla birlikdə "şər üçbucağına" aid edib və bu təşkilatlara dəstək verməkdə günahlandırıb. Salmana görə, “şər üçbucağı”nın bir küncündə İran, bir küncündə İslami təşkilatlar, digər guşəsində də Türkiyə dayanır.
Səudiyyə Ərəbistanının digər körfəz ölkələri ilə münaqişəsində Türkiyəni öz yanında deyil, Qətərin yanında görməsi onun duyduğu narahatlığın əsas səbəbidir.
Türkiyənin Şimali Suriyadakı müharibələri azaltmaq üçün ötən bir neçə ay ərzində Səudiyyə Ərəbistanının Yaxın Şərqdəki böyük rəqibi İranla bərabər çalışması, iranlı və türk hərbi rəsmilərinin apardıqları danışıqlar və bir-birilərinə etdikləri səfərlər rəsmi Riyadı və onun abisi ABŞ-ı o qədər də razı salmamış kimi görünür.
ABŞ-ın bölgədəki ən böyük xəyal qırıqlığı 1952-ci ildən sonra Yaxın Şərqi ingilislərdən dövr aldıqdan sonra bu coğrafiyada qurduğu və 21-ci əsrin əvvəlinə qədər davam etdirdiyi müstəmləkəçilik sistemini Türkiyənin pozmağa çalışmasıdır. Türkiyə son 60 ildir ki, özünün kölə əyaləti kimi idarə olunmasına son qoyulmuş, ABŞ-ın bölgədəki strategiyalarını dəyişmiş vəziyyətdədir.
ABŞ-ın yeni strateji dəyişikliyinin başında Səudiyyə Ərəbistanının rəhbərliyinə öz heyranı, kölə psixologiyalı bir şəxsi gətirmək və Yaxın Şərqi Səudiyyə Ərəbistanı ixtiyarına vermək ideyası gəlir. Məhz buna görə son bir il ərzində Səudiyyə Ərəbistanında böyük təmizləmə əməliyyatı keçirildi.
Şahzadə ötən ildən bu yana ilk xarici səfərini Qahirəyə edib və Səudiyyə taxtının varisi olaraq Misir qəzetlərinin rəhbərləri ilə mühüm görüşlər keçirib. Bu xüsusi görüşlərdə “Şər üçbucağı”nı elan etməklə yanaşı Qətər probleminin 60 il əvvəl Kubaya tətbiq olunan ABŞ embarqosuna bənzər sanksiyalarla davam etdirəcəyini söyləyib. Bütün bunlar gələcəkdə nələrin baş verəcəyinin xəbərçisidir.
Səudiyyə Ərəbistanının Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn ilə birlikdə ötən iyun ayında Qətərlə diplomatik və ticarət əlaqələrini kəsməsi, dünyanın ən iri mayeləşdirilmiş təbii qaz ixracatçısı olan və ABŞ-in ən böyük hərbi bazasına ev sahibliyi edən Qətərə hava və hərbi-dəniz yollarını bağlaması da iki dövlətin qanlı bıçaq olduğunu göstərir.
Səudiyyə Ərəbistanının xarici siyasətində başqa bir dəyişiklik isə İsrail ilə olan münasibətləridir. Rəsmi Riyad, daha doğrusu, şahzadə Salman ərəb dünyasının iradəsinə zidd qərarla 1948-ci ildən bəri diplomatik əlaqələrini kəsdiyi İsrailə hava məkanını açdı. Bundan sonra İsraildən qalxan və İsrailə gedən təyyarələr Səudiyyə Ərəbistanının hava məkanından istifadə edəcək. Hələlik, bu addımlar gizli atılır və İsrail ilə Səudiyyə rəsmiləri "xəbərimiz yoxdur" deyirlər, amma bu plan artıq həyata keçirilməyə başladı.
Səudiyyə Ərəbistanının bu qərarı İranın daha geniş regiondakı nüfuzu məsələsində Ər-riyad və Təl-əvivdə narahatlıq doğurduğundan və Yaxın Şərqin iki əsas müttəfiqi - Səudiyyə Ərəbistanı və İsrail arasında ikitərəfli münasibətlərin yaxşılaşdığından xəbər verir.
Bəlli ki, Tramp hakimiyyəti İkinci Dünya müharibəsindən sonra qurduğu balansların dəyişməsinin ardınca əlindən qaçırmaq üzrə olduğu Yaxın Şərqə sonuncu müdaxilələrini edir. Sonra isə, yəqin ki, tufan qopacaq.
Tərcümə “Hürriyyət”ə (http://hurriyyet.org/#) aiddir.
Paylaş: