Xəbər lenti

  

ABŞ-da bir Federal hakim prezident Donald Trampın "xarici ölkələrdən hədiyyə aldığı" iddiası ilə başlanan məhkəmə prosesinin qismən davam etməsinə icazə verib.

“Hürriyyət” xəbər verir ki, qərara imza atan Merilend ştatı hakimi Peter Messitte Tramp haqqında qaldırılan iddiaların qismən təmin olunmasını mümkün sayıb.

Hakimin qərarına əsasən, sözügedən işlə əlaqədar prokurorlar yalnız Vaşinqtondakı Tramp Beynəlxalq Oteli barədə iddia qaldıra bilərlər və iş adamı-prezidentin Floridadakı tədris korpusu və digər müəssisələri isə iddiadan kənarda tutulmalıdır.  

 Qətnamədə "Trampın xarici ölkələrdən hədiyyə almaqla əlavə gəlir əldə etdiyi" iddiasına toxunmayan hakim sadəcə Tramp Beynəlxalq Otelləri ilə bağlı iddiaların müzakirə predmetinə çevrilə biləcəyinə işarə edib.

Messitte qərarında ABŞ-a gələn əcnəbi heyət və nümayəndələrin Trampa yaxşı görünmək üçün onun otelində qalmağı üstünlük vermələrinin regiondakı digər müəssisələri haqsız rəqabətə sürüklədiyi iddiasını haqlı görüb.

 Piter Messitte Trampın ABŞ prezidenti olmasından faydalanaraq, xarici nümayəndə heyətlərini öz otelinə yönləndirmə səbəbindən ortaya çıxan gəlir fərqinin məhkəmə predmetinə çevrilə biləcəyini qeyd edib.

 

Qətnamənin səbəbi

 

 Merilend və Vaşinqton prokurorlarının iyun ayında qaldırdıqları iddia ərizəsində Tramp Beynəlxalq Otelinin bölgədəki digər mehmanxana və oxşar müəssisələri haqsız rəqabət yolu ilə çətinə saldığı, xüsusi vergi güzəştləri aldığı və ümumiyyətlə, Donald Trampın əcnəbilərdən gəlir əldə etdiyi irəli sürülmüşdü. Dekabr ayında bənzər şikayətlərlə Nyu-yorkda açılan dava federal məhkəmə tərəfindən rədd edilmişdi.

 

 Məhkəmə iddialarının hüquqi mənbəyi

 

 ABŞ Konstitusiyasında prezidentlərin vəzifədə olduqları müddət ərzində "xarici dövlətdən qazanc, təltif və rütbə mənasına gələ biləcək hər hansı bir hədiyyəni qəbul edə bilməcəkləri” barədə müddəa (Emoluments Clause) var.

 ABŞ-da bir qrup vəkil Trampın prezident olduğu gündən bu yana bir çox investisiya üzərindən xarici faktorlardan gəlir qazanmağa davam etdiyini və bunun konstitusiyanın pozulması mənasına gəldiyini irəli sürmüşdülər.

 Açılacağı gözlənilən məhkəmə işi Trampın impiçmentiylə nəticələnə bilər.




Ana səhifəyə qayıt        Baxış: 874          Tarix: 29-03-2018, 08:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma