Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ilə İran prezidenti Həsən Ruhaninin Ankara səfərləri dünya mətbuatının gündəminin əsas mövzusu olub.
İsrailin nüfuzlu “Haaretz” qəzeti “Türkiyə ilə Rusiyanın münasibətlərinin möhkəmlənməsi ilə ABŞ Yaxın Şərqdən qovulur” başlıqlı yazı dərc edib.
“Vaşinqton post”: “Münasibətlər möhkəmləndi”
ABŞ-ın çox oxunan qəzetlərindən olan “Vaşinqton Post” da Türkiyə ilə Rusiyanın getdikcə yaxınlaşdığını vurğulayaraq “Rusiya və Türkiyə liderləri Türkiyənin ilk atom stansiyasının inşaatının başlanğıcı üçün birgə addım atdıqdan sonra bu münasibət daha da möhkəmləndi,” – deyə yazıb. Akkuyu AES-in təməlqoyma mərasimi ilə yanaşı, Putinin təkrar prezidentlik dövründə ilk səfərini məhz Türkiyəyə eləməsi də mühüm detal hesab edilir.
CNN: “Səy göstərsələr də, müharibəni dayandıra bilməyəcəklər”
“CNN International” isə Rusiya, İran və Türkiyənin səylərinin Surayadakı müharibəni dayandıra bilməyəcəyini bildirib. Dünyanın ən məşhur informasiya kanalının xəbərində ABŞ-ın bölgəni tərk edəcəyi təqdirdə, Suriyadakı terrorçuların Əsəd hökuməti ilə dil tapmağa məcbur qalacağı kimi qəribə bir fərziyyə irəli sürülüb.
Hurriyyet.org
Paylaş: