Xəbər lenti

 

"Azərbaycanda keçirilən seçkilərdəki "ənənəvi saxtakarlıqlar" indiki prezident seçkilərində də müşahidə olunur". Prezidentliyə namizəd Sərdar Cəlaloğlunun Mərkəzi Seçki Qərargahının sədri Taliyət Əliyev bildirib.

"Karusel əməliyyatı", əsas siyahının bir kənarda qalaraq alternativ siyahıdan istifadə olunması, bir nəfərin bir neçə dəfə səs verməsi, müşahidəçilərin seçki məntəqələrinə buraxılmaması kimi saxtakarlıqlar təkrarlanır”.

T.Əliyev deyib ki, Sabunçu rayonundakı məntəqələrin komissiya üzvləri müşahidəçiləri seçki məntəqələrinə buraxmayıblar.

"Mərkəzi Seçki Komissiyası həmin şəxsləri müşahidəçi olduqları üçün lövhəciklə təmin edib. Buna baxmayaraq, məntəqə komissiyasının üzvləri onların məntəqələrə buraxılmamasına əsas kimi Dairə Seçki Komissiyasının (DSK) icazəsinin olmamasını göstərib".

Onun sözlərinə görə, səlahiyyətinə görə DSK MSK-dan aşağı olsa da özündən yuxarı oqranın qərarının əksinə gedir.

“Digər tərəfdən, indiki seçilərdə fəallıq çox aşağıdır, elə seçki məntəqələri var ki, cəmi 4-5 nəfər səsverməyə gəlib”.

Demokrat Partiyasının sədri S.Cəlaloğlu prezidentliyə namizədliyi qeydə alınan 8 nəfərdən biridir.

Öz növbəsində, Mərkəzi Seçki Komissiyası qanun pozuntusu ilə bağlı hər hansı şikayət olmadığını bildirib.




Ana səhifəyə qayıt        Baxış: 1 041          Tarix: 12-04-2018, 01:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma