“Ankara hazırda Almaniya jurnalistlərinə, millət vəkillərinə və əsgərlərinə yeni yanaşması ilə Berlinə təzyiq göstərir, onu şantaj edir. Bunu İncirlik nümunəsində də görürük. Prezident Rəcəb Tayyib Ərdoğan, Almaniyanın Baş naziri Angela Merkelə açıq-aşkar meydan oxuyur".
Ovqat.com xəbər verir ki, bu sözləri Rusiyanın Xalq Universitetnin (RUDN) politologiya elmləri üzrə professoru Yuri Poçta rus mətbuatına açıqlamasında bildirib.
O, Türkiyənin alman deputatlarının İncirlik hərbi bazasına ziyarətinə icazə verməməsini şərh edərkən qeyd edib ki, Ankaranın bu mövqeyi Berlini yeni tərəfdaş axtarışına sövq edib və İordaniya ən yaxşı alternativ təsiri bağışlayır:
"İordaniya, Qərb üçün daha etibarlı müttəfiq olaraq görünür, çünki Türkiyə gözlənilməz ölkə halına gəldi. Buna görə də mən hesab edirəm ki, Almaniya ordu hissələrinin İncirlikdən İordaniyaya nəqli kifayət qədər ciddi versiyadır”
İncirlik hərbi bazasının başqa ölkəyə daşınmasını NATO ailəsi içində ciddi bir skandal mənasını verdiyini düşünən rus alimi Türkiyənin atdığı addımları öz müttəfiqlərinə qarşı üsyan kimi qiymətləndirir və NATO içərisində indiyədək baş vermiş ən böyük böhran hesab edir.
Paylaş: