Xəbər lenti

   

Azərbaycan iş imkanları xeyli məhdud olan ölkələrdəndir.  Baxmayaraq ki, rəsmi statistikada ölkə əhalisinin yalnız 5%-ni işsizlər təşkil etdiyi göstərilsə də, bu rəqəm inandırıcı deyil. Nədən ki, ölkəmiz işsizlik nisbətinə görə, guya, İspaniya (19,6 faiz), Fransa (9,9 faiz), Finlandiya (8,8 faiz), Belçika (8 faiz, Danimarka (6,2 faiz), Niderland (6 faiz) kimi inkişaf etmiş Avropa ölkələrini belə geridə qoyur. Həqiqətdə isə, nə qədər insanımızın işsiz olduğunu müəyyənləşdirmək mümkün deyil.

Üstəlik, işi olanlarımızın əksəriyyəti də öz işlərindən məmnun deyillər. Qohumbazlıq, rüşvətlə işə götürmələr və s. kimi neqativ hallar bir çox məmurlarımızın öz yerində olmamasına yol açdığı kimi, sıravi vətəndaşlarımızı da “nə olursa olsun, yetər ki, iş olsun” məcburiyyəti qarşısında qoyur və əksəriyyətimiz arzuladığımızla yox, tapdığımızla kifayətlənirik.

Bununla belə, dünyada elə iş sahələri var ki, bizim bəyənmədiyimiz halda tər töküb çörək pulu qazandığımız işlərlə müqayisə olunmayacaq qədər ağır və iyrənc təsir bağışlayır. Bunlardan biri də Banqladeşin paytaxtı Dakkada santexnik olmaqdır.

 

Ovqat.com-un bildirdiyinə görə, Banqladeş santexnikləri tez-tez ağzına qədər dolan kanalizasiya quyularının içinə dalmalı olurlar.

Vaxtaşırı leysan yağışlarında “yuyunan” ölkənin xüsusilə 14 milyonluq paytaxtı Dakkada kanalizasiya sistemləri daha tez-tez tutulur. Bu cür tutulmalar yarananda isə dakkalıların köməyinə santexniklər yetişirlər.

 Banqladeş santexnikləri heç bir qoruyucu qiyafətdən istifadə etmədən mikroblarla dolu kanaliziya suyunun içərisinə girməli olur. İşlərini görərkən nəfəslərini tutmaq məcburiyyətində qalan bu peşə yiyələrindən bir çoxu öz işlərinin qurbanına çevrilirlər. Hər il onlarla  santexnik vəzifələrini icra edərkən müxtəlif mikroblara yoluxub həyatlarını itirirlər.

Onların bu fədakarlıq qarşısında qazandıqları pullar isə xeyli aşağıdır – gündə 4.5 sterlinq. Yəni bizim pulla desək, hardasa, 10 manat.

10 manata görə zibilə düşmək, bax, buna deyərlər.

 




Ana səhifəyə qayıt        Baxış: 1 182          Tarix: 26-05-2018, 01:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma